Azərbaycan Beynəlxalq Bankından Sahibkart sahibləri üçün daha bir imkan

Azərbaycan Beynəlxalq Bankından Sahibkart sahibləri üçün daha bir imkanAzərbaycan Beynəlxalq Bankı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin işini asanlaşdırmaqdan ötrü daha bir imkan yaradıb. Bankın onlar üçün təqdim etdiyi Sahibkart plastik kartına malik hər kəs indi öz hesabına "E-manat" terminalları vasitəsilə vəsait mədaxil edə bilər.
Mədaxil əməliyyatını həm şəxsiyyət vəsiqəsinin FİN kodu, həm hesab nömrəsi, həm də 7 rəqəmli müştəri kodu vasitəsilə həyata keçirmək mümkündür. Bu xidmət respublika ərazisindəki bütün "E-manat" terminallarında keçərlidir. Ödəniş zamanı 100 (bir yüz) AZN məbləğinədək mədaxil üçün heç bir komissiya tutulmur.
Sahibkart məhsulunu hər bir fərdi sahibkar əldə edə və öz biznes fəaliyyətində bu kartlardan faydalana bilər. Sahibkart plastik kartları müştərilərin rahatlığına xidmət edir. Bu kartlardan yararlanan müştəri, ilk növbədə, vaxtına xeyli qənaət etmiş olur. Belə ki, hesaba daxil olmuş vəsaitlər haqqında məlumat almaq, hesab üzrə ödənişlər aparmaq, vəsaitləri nağdlaşdırmaqdan ötrü daha banka gəlməyə ehtiyac yoxdur. Müştəri Sahibkartla hesabını çox asan şəkildə idarə etmək imkanına malikdir. Vergi borclarını və başqa ödənişləri bu kartla internet üzərindən həyata keçirmək, onlayn alış-veriş aparmaq, hesabdakı pulu ATM-lərdə, yaxud POS-terminallarda nağdlaşdırmaq olar.
"Sahibkart" əldə etmək istəyən müştəriyə yeni hesab açıla və ya kart onun Bankda əvvəlcədən mövcud olan cari hesabına bağlana bilər.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. /news.milli.az

İqtisadiyyat       Tarix: 17 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin


azerbaycan xeberleri son xeberler yeni xeberler meherremlik 2026 cəbhədən xəbərlər son xeber cəbhədən şad xəbər