Azərbaycan Biznesinin İnkişafı Fondu yaradıldı

Azərbaycan Biznesinin İnkişafı Fondu yaradıldıAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb.
Azxeber.com xəbər verir ki, Fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, iqtisadiyyatın qeyri-neft sektoruna investisiya qoyuluşunun təşviqi, sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmə sisteminin optimallaşdırılması və səmərəliliyinin yüksəldilməsi, əlaqələndirmənin gücləndirilməsi, bu sahədə şəffaflığın və sahibkar məmnunluğunun daha da artırılması məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki "Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu" publik hüquqi şəxsin və "Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində "Azərbaycan Biznesinin İnkişafı Fondu" (bundan sonra – Fond) publik hüquqi şəxs yaradılsın.
2. Fond Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun və "Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçir.
3. Müəyyən edilsin ki:
3.1. Fond iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafını dəstəkləyən, bu sahədə fəaliyyətin stimullaşdırılmasını təmin edən, habelə sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərən publik hüquqi şəxsdir;
3.2. Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 9 (doqquz) üzvdən ibarət Müşahidə Şurası yaradılır;
3.3. Müşahidə Şurasının 5 (beş) üzvünü Nazirlik, 4 (dörd) üzvünü isə aşağıdakı dövlət qurumları (hər qurumdan bir nəfər olmaqla) təyin edirlər:
3.3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı;
3.3.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;
3.3.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
3.3.4. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi;
3.4. Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir;
3.5. Fondun fəaliyyətinə cari rəhbərliyi 5 (beş) üzvdən ibarət İdarə Heyəti həyata keçirir. İdarə Heyətinin üzvlərini, o cümlədən sədrini Azərbaycan Respublikasının iqtisadiyyat naziri vəzifəyə təyin və vəzifədən azad edir.
4. Fondda təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
4.1. Azərbaycan Respublikasının Prezidentinə:
4.1.1. Fondun nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
4.1.2. Fondun idarəetmə orqanlarının yaradılması;
4.1.3. Fondun yenidən təşkili və ləğvi;
4.2. Nazirliyə:
4.2.1. bu Fərmanın 4.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. üç ay müddətində:
5.1.1. Nazirliyin təklifləri əsasında Fondun yaradılması ilə əlaqədar, habelə ləğvetmə prosesində olan müvəkkil kredit təşkilatları vasitəsilə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinə verilmiş güzəştli kreditlərin geri qaytarılması, mövcud kreditlərin sağlamlaşdırılması və yenidən dövriyyəyə daxil edilməsi, eləcə də qeyri-işlək (toksik) aktivlərin idarəolunması məsələlərinin tənzimlənməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.1.2. Fondun nizamnaməsinin layihəsini, habelə nizamnamə fondunun miqdarı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.1.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının, habelə normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.3. Fond "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun və "Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin balansında olan dövlət əmlakının Fondun balansına verilməsi ilə bağlı tədbirlər görsün;
5.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Aidiyyəti dövlət orqanları bu Fərmanın 3.3-cü bəndinə əsasən Fondun Müşahidə Şurası üzvlərinin təyin olunmasını bir ay müddətində təmin etsinlər.
7. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki, bu Fərmanın 3.3-cü bəndinə əsasən Fondun Müşahidə Şurası üzvünün təyin olunmasını bir ay müddətində təmin etsin.
8. Fond "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu və "Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyəti fəaliyyətini davam etdirsinlər.
9. Nazirlik:
9.1. Fondun dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;
9.2. dövlət qeydiyyatına alındığı gündən Fondun fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərini bir ay müddətində həll etsin;
9.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin".

Sosial       Tarix: 11 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya


azerbaycan xeberleri yeni xeberler son xeberler son xabarlar en son xeberleri sonxəbərlər son xeber.az