Azərbaycan BMT-də nüvə silahlarının ləğvini qabardıb

Azərbaycan BMT-də nüvə silahlarının ləğvini qabardıbBirləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 81-ci sessiyasının Birinci Komitəsində Silahsızlanma Mexanizmi üzrə tematik müzakirə zamanı Azərbaycanın bəyanatında atom enerjisinə nəzarət, eləcə də nüvə silahlarının ləğvi məsələlərini əhatə edən ilk qətnamə qabardılıb.
azxeber.com xəbər verir ki, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Məqsəd Hüseynov bəyanatla çıxış edərək silahsızlanmanın BMT-nin yarandığı gündən etibarən təşkilatın əsas prioritetlərindən biri olaraq qaldığını vurğulayıb.
"Bunu Baş Assambleyanın 1946-cı ilin yanvarında qəbul edilmiş və atom enerjisinə nəzarət, eləcə də atom silahlarının ləğvi məsələlərini əhatə edən ilk qətnaməsi də təsdiq edir. Son səkkiz onillik ərzində çoxtərəfli silahsızlanma səyləri beynəlxalq sülh və təhlükəsizlik üçün risklərin azaldılmasına yönəlmiş mühüm beynəlxalq sazişlərin və mexanizmlərin hazırlanmasına töhfə verib", - o bildirib və əlavə edib ki, bununla belə, artan geosiyasi gərginliklər, dövlətlər arasında davam edən fikir ayrılıqları və qarşılıqlı etimadın azalması çoxtərəfli silahsızlanma forumlarında irəliləyişə mane olur və mahiyyət etibarilə vacib məsələlər üzrə konsensusa nail olmağı getdikcə çətinləşdirir.
O xatırladıb ki, Silahsızlanma Komissiyası (UNDC) beynəlxalq silahsızlanma arxitekturasının mühüm tərkib hissəsi olaraq qalır: "Komissiya Baş Assambleyaya tövsiyələr hazırlamaq məqsədilə silahsızlanma sahəsində əsas çağırışların ətraflı və məzmunlu müzakirəsi üçün xüsusi platforma rolunu oynayır. Təəssüf ki, Komissiya 2026-cı ildə keçirilən əsas sessiyasının gündəliyini qəbul edə bilməyib və nəticə etibarilə 2024–2026-cı illəri əhatə edən fəaliyyət dövrünü Baş Assambleyaya məzmunlu tövsiyələr təqdim etmədən başa vurub.
Ümid edirik ki, komissiyanın gələcək sessiyalarında konstruktiv və inklüziv müzakirələr vasitəsilə bu səylər davam etdiriləcək və qarşıda duran məsələlər üzrə praktiki tövsiyələrin hazırlanmasına nail olunacaq".

Siyasi       Tarix: 26 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Paşinyan sülh sazişinin imzalanacağı tarixi açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2027-2028-ci illərdə imzalana biləcəyini hesab edir. xəbər verir ki, Paşinyan bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında bildirib. "Azərbaycanl

Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb

Azərbaycan BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Birinci Komitənin (Silahsızlanma və Beynəlxalq Təhlükəsizlik Komitəsi) adi silahlarla bağlı tematik müzakirələrində Azərbaycanın işğaldan azad edilmiş ərazilərd

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Xalq rəssamı Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

Putin hökumətdə yerdəyişmələri təsdiqlədi

Rusiya Prezidenti Vladimir Putin hökumətdə yerdəyişmələri təsdiqləyib. APA-ya istinadla xəbər verir ki, dəyişikliklər baş nazirin müavinlərinə, hökumət aparatına və Nəqliyyat Nazirliyinə təsir edib. Belə ki, Yuri Trutne

Rəsmi Bakı: Azərbaycan Qazaxıstanla strateji tərəfdaşlığa böyük önəm verir

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstanı Milli Günü münasibətilə təbrik edib. Bu barədə XİN-in "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib. "Qazaxıstanın Milli Günü münasibətilə qardaş Qazaxısta

Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib

Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar Bakıdakı tarixi Atəşgah məbədini ziyarət edib. xəbər verir ki, Cayşankar bu barədə "X" sosial şəbəkəsində paylaşım edib. "Bakıdakı tarixi Atəşgah od məbədin

Vatican News'un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

Vatikanın informasiya agentliyi olan "Vatican News"da erməni mənbələrinə əsaslanan yanlış məlumatların yayılmasının qarşısı alına bilər. Müqəddəs Taxt-Tac adından Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekt

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 23-də Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul edib. KONKRET.azxəbər verir ki, qonaq, ilk növbədə, Hindistan Prezidenti Draupadi Murmunun və Baş nazir Narendr

Bakının tənqid edən Ankara bura qoşun göndərir – İnanılmaz

Türkiyə İsraillə müharibəyə girmək üçün Qəzzaya ordu yeridir!. Yaxşı, yaxşı, zarafat elədim. Belə bir qərar yoxdur, olacağı da gözlənilmir. Amma əvəzində Türkiyə şiə husilərə qarşı mübarizə üçün Səudiyyə Ərəbistanına qoşu


azerbaycan xeberleri son xeberler yeni xeberler bu gune olan xeberler sou biznes butun xeberler idman xeberleri