Azərbaycan Çinlə elə bir saziş imzaladı ki

Azərbaycan Çinlə elə bir saziş imzaladı kiBu gün Azərbaycan və Çin arasında kosmik sahədə əməkdaşlıqla bağlı Anlaşma Memorandumu imzalanıb. Düşünürəm ki, bu, Azərbaycan üçün çox ciddi və əhəmiyyətli bir məsələdir. İndiyədək Azərbaycanın kosmos sahəsində əsas partnyorları fərqli ölkələr olub. Amma kosmos sahəsində dünyada əsas söz sahibi olan ölkə ilə yüksək səviyyədə belə anlaşma əldə edilməsi böyük hadisədir.
KONKRET.az xəbər verir ki, bu fikirləri Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib.
"Fikrimcə, Çin-Azərbaycan kosmik əməkdaşlığı sadəcə texnologiya ötürülməsi deyil, Azərbaycanın qlobal kosmik bazarda strateji oyunçuya çevrilməsi deməkdir. Bu anlaşma Azərbaycanın kosmos sahəsində beynəlxalq etimadını və imkanlarını daha da genişləndirəcək. Bu həm iqtisadi, həm də texnoloji suverenliyimizə birbaşa töhfədir.
Xatırladıram ki, indiyədək bu sahədə Çin şirkətləri ilə bir neçə müqaviləimiz olub. Bir neçə il öncə "Azərkosmos" Çin şirkəti "Emposat" ilə 7,3 metrlik yüksək dəqiqlikli peyk antenasının quraşdırılmasına dair müqavilə imzalamışdı. Bununla yanaşı, digər Çin şirkətləri – "Rhosoon", "StarWin", "Star.Vision", "Satelliteherd" ilə də Azərbaycan arasında rəqəmsal rabitə, peyk müşahidəsi və süni intellekt əsaslı təhlillər üzrə əməkdaşlıqlar davam edirdi.
Yəni Çin şirkətləri öz yüksək texnologiyalarını gətirib ölkəmizdə quraşdırır və idarə edir, bu da ölkəmiz üçün həm texniki biliklərin, innovasiyaların ötürülməsi, həm də iqtisadi baxımdan gəlir deməkdir.
Yeni strateji anlaşma isə bu əməkdaşlığı Azərbaycanın Cənubi Qafqaz və Mərkəzi Asiyanın peyk rabitə mərkəzinə çevirməsi deməkdir. Həmçinin Azərbaycanın "Tier 4" sertifikatlı teleportunun da dünyanın peyk operatorları üçün etibarlı hostinq mərkəzi kimi tanınmasıdır.
Lakin burada diqqətçəkən, incə bir məqam var.
Məlumdur ki Azərbaycanın yeni müşahidə peyklərini İsrail hazırlayacaq. Bununla bağlı ötən il İsrail şirkətləri ilə anlaşma imzalanıb.
Belə bir vəziyyətdə paralel olaraq Çinlə bu dərəcədə dərin kosmik əməkdaşlıqlar görəsən müəyyən risklər yarada bilərmi?
Çin və İsrailin regionumuzda geosiyasi maraqlarının fərqli olması baxımından eyni teleportdan həm Çin texnologiyaları, həm də İsrail istehsalı olan peyklərə xidmət göstərilməsi risklər yaradacaqmı?
Ümid edirəm və inanıram ki, Azərbaycan tərəfi bütün bu riskləri, "texnoloji balans" və "geosiyasi neytrallıq" prinsiplərini nəzərə alıb. İstənilən halda, Azərbaycanın qlobal kosmik bazarda strateji oyunçuya çevrilməsi baxımından Çinlə əldə olunan anlaşma çox böyük uğurdur.
Çinlə imzalanan bu razılaşmalar sayəsində Azərbaycan tədricən regional deyil, qlobal kosmik ekosistemin fəal oyunçusuna çevriləcək", – Gündüz bildirib.

Siyasi       Tarix: 23 aprel 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler azerbaycan havanın temperaturu xəbər.az xəbər az