Azərbaycan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcək

Azərbaycan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəkAzərbaycan  Türk dövlətləri ilə münasibətlərinə mühüm əhəmiyyət verir. Son illər Azərbaycan Prezidenti cənab İlham Əliyev Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçıları isə Azərbaycana müntəzəm olaraq səfər edirlər. Bu isə ölkələrarası möhkəm dostluğa, əlaqələrin inkişafına və hərtərəfli əməkdaşlığın yaranmasına gətirib çıxarır.
Azərbaycanın sıx əlaqədə olduğu Türk dövlətlərindən biri də Qazaxıstandır. Qazaxıstanla Azərbaycan eyni kökə, dinə, mədəniyyətə və dil yaxınlığına malikdirlər. Hər iki ölkənin dostluğu, qardaşlığı əsrlərlədir. Hal-hazırda Qazaxıstanda 300 mindən artıq azərbaycanlı yaşayır və Qazaxıstanın ictimai-siyasi həyatında yaxından iştirak edir.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizlə diplomatik əlaqələr quran ilk Asiya dövlətlərindən biri də Qazaxıstan olub. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaranıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın Qazaxıstanda səfirlikləri açılıb.
Son iki ildə Prezident İlham Əliyev dost və strateji tərəfdaşımız olan Qazaxıstana dörd dəfə səfər edib. Həmin müddətdə isə Qazaxıstan Prezidenti Azərbaycana üç dəfə səfər edib. Bu, ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.
4 iyul 2004-cü il tarixdə Qazaxıstanda Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı keçirilib. Azərbaycan Prezidenti bu toplantıya fəxri qonaq kimi dəvət edilib. Bu da Azərbaycanın getdikcə artan nüfuzunun göstəricisidir. 
Qeyd edək ki, Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Bu da demək olar ki, Azərbaycanla üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın əsas göstəricilərindən biridir. 
Azərbaycan Respublikasının Prezidenti Zirvə toplantısında Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyətin Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil etdiyini, eyni zamanda  coğrafi mövqeyi və nəqliyyat strukturuna qoyulmuş böyük sərmayələrin Azərbaycanı Avrasiyanın nəqliyyat-logistika qovşağından birinə çevirmək imkanını verdiyini qeyd etdi.
Azərbaycan hazırda öz tərəfdaşları ilə Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyir. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tonadək artıb. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının isə illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırılacağı nəzərdə tutulub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynadığından söz açdı. Qeyd etdi ki, Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Hazırda biz dəmir yolu daşımalarının həmçinin ildə 15 milyon tona qədər artırılması üzərində işləyirik, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq.
Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ və digər ərazilərimiz 30 il işğal altında qalmış və işğal nəticəsində bir milyondan çox soydaşlarımız Bakıda və Azərbaycanın 50-dən çox rayonunda məskunlaşmışdılar. 
2023-cü ilin sentyabrında Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Bununla da beynəlxalq hüquq və tarixi ədalət bərpa olundu. Azərbaycan  Ermənistanın 30 illik işğalına son qoydu və BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsini hərbi-siyasi vasitələrlə təmin etdi. Bununla da Azərbaycanın iradəsi, gücü-qüdrəti bütün dünyaya bəlli oldu.
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə sürətlə tikinti-bərpa işləri aparılır. Ev-eşiyindən didərgin düşmüş soydaşlarımız öz doğma ata-baba yurdlarına üz tuturlar. Bu da böyük qələbəmizin uğurlu davamıdır.
Onu da qeyd edək ki, Azərbaycan 2019-cü ildə 120 ölkənin yekdil qərarı ilə  Qoşulmama Hərəkatına sədr seçildi. Və sədrlik müddəti artırılaraq 2023-cü ilədək davam etdi. Azərbaycanın bu təşkilata olduqca uğurlu sədrliyi onun qlobal arenada nüfuzunu və gücünü bir daha möhkəmləndirdi. Hərəkatın institusional inkişafına töhfə verdi, üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsini, Gənclər Təşkilatını təsis etdi və Qadın Platformasının əsasını qoydu.
Çox sevindirici haldır ki, Azərbaycan bu il 200 ölkənin dəstəyi ilə COP29-a ev sahibliyi edəcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq. Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib. Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik".
Şəhla Ağbulud
"Abşeron" qəzetinin baş redaktoru / azxeber.com

Siyasi       Tarix: 06 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib


son xeberler yeni xeberler azerbaycan xeberleri beynelxalq bank mezenne xeber.az son xeberler xəbər kriminal xeberler