Kreml inkar etdi: "Tamamilə yalandır"
Putinin sözçüsü Dmitri Peskov Almaniyanın "Der Spiegel" nəşrinin Kremlin 9 May Qələbə Paradı üçün xarici media nümayəndələrinin akkreditasiyasını ləğv etməsi barədə yaydığı məlumatı təkzib edib və bunu "yalan" adlandırıb.
KONKRET.az xəbər verir ki, Peskov deyib:
"Bu, həqiqətə uyğun deyil, yalan məlumatdır".
Onun sözlərinə görə, bu il parada xarici KİV-lərdən iştirak üçün çoxlu müraciət daxil olub. Lakin mərasimin formatı müəyyən qədər məhdudlaşdırıldığından jurnalistlərin sayı da azaldılıb.
Peskov qeyd edib ki, akkreditasiya alan və bu barədə məlumatlandırılan jurnalistlər arasında əsasən canlı yayımı təmin edən televiziya mütəxəssisləri, həmçinin prezidentin fəaliyyətini daimi işıqlandıran beynəlxalq media nümayəndələri var.
Kremlin sözçüsü əlavə edib ki, indiyədək heç bir jurnalistin akkreditasiyası ləğv edilməyib.
Müşviq Tofiqoğlu
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK