Kartdan-karta' ödəniş edənlərə vacib xəbərdarlıq

Kartdan-karta' ödəniş edənlərə vacib xəbərdarlıqSon dövrlər pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminallar vasitəsilə deyil, "kartdan-karta" köçürmə yolu ilə aparılması halları geniş yayılıb. Belə ki, vətəndaşlar bildirirlər ki, bəzi hallarda onlara bank kartı ilə rəsmi ödəniş etmək imkanı yaradılmır, yalnız fiziki şəxs kartına köçürmə təklif edilir və bu zaman kassa çeki də təqdim olunmur.
Bu cür yanaşma həm nağdsız ödənişlərin şəffaflığı, həm də vergi uçotu baxımından müəyyən risklər yarada bilər. Məhz bu kontekstdə, istehlakçıların hüquqlarının qorunması və ödəniş seçim imkanlarının təmin olunması məsələsi də gündəmə gəlir.
azxeber.com xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, istehlakçılar hər zaman özlərini sərbəst və rahat hiss etməli, seçim hüquqları qorunmalıdır.
Onun sözlərinə görə, kartdan-karta ödəniş üsulu bir tərəfdən istehlakçı üçün rahatlıq yaratsa da, digər tərəfdən qanunvericiliyin pozulmasına səbəb olur və istehlakçı fərqində olmadan bu prosesin iştirakçısına çevrilir:
"Bu məsələ ilə bağlı Azad İstehlakçılar Birliyi olaraq bizim quruma çoxsaylı şikayətlər daxil olur. Şikayətlər əsasən kartdan-karta ödənişlər zamanı yaşanan hallarla bağlıdır. Nümunə olaraq, mebel sifarişi və ya müxtəlif xidmətlər zamanı vətəndaşdan ödənişi POS-terminal vasitəsilə deyil, birbaşa karta köçürməsi tələb olunur. İstehlakçı bunu öz rahatlığı üçün etsə də, əslində həmin prosesdə vergidən yayınma hallarına şərait yaranır. Ticarət və xidmət sahəsində fəaliyyət göstərən bəzi şəxslər məhz vergidən yayınmaq məqsədilə bu üsula üstünlük verir və istehlakçı da bilmədən həmin qanun pozuntusunun iştirakçısına çevrilir".
AİB sədri hesab edir ki, istehlakçılar arasında bu istiqamətdə ciddi maarifləndirmə işləri aparılmalıdır:
"Eyni zamanda, ticarət və xidmət obyektlərində kartdan-karta ödəniş tələbi kimi hallara son qoyulmalıdır.
İstehlakçı üçün əsas məsələ ödəməni rahat şəkildə həyata keçirməkdir. O, sadəcə kart vasitəsilə ödəniş etmək istəyir. Lakin nəticədə fərqində olmadan vergi və maliyyə qanunvericiliyinin pozulmasına səbəb olan prosesin iştirakçısına çevrilir. İstehlakçılar belə halların tərəfi olmamalıdır. Kartdan-karta ödənişlərin geniş yayılması dövlətin vergi və maliyyə siyasətinə zidd vəziyyət yaradır və bu hal yolverilməz hesab olunur", - deyə E.Hüseynov qeyd edib.
Qeyd edək ki, pərakəndə ticarət və ictimai iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal vasitəsilə deyil, "kartdan-karta" köçürmə yolu ilə həyata keçirilməsi həm qanunvericiliyin tələblərinin, həm də istehlakçı hüquqlarının pozulması hesab olunur.
Belə hallarda istehlakçılara POS-terminal çıxarışı və nəzarət-kassa aparatı çeki təqdim edilmir ki, bu da alıcının hüquqlarını müdafiə etməsi, eləcə də xərclədiyi məbləğin bir hissəsini "cashback" şəklində geri alması imkanlarını məhdudlaşdırır. Bununla yanaşı, əlavə dəyər vergisi (ƏDV) ödəyicilərindən mal, iş və ya xidmət alan istehlakçılar "ƏDV geri al" mexanizmindən istifadə hüququndan da məhrum olurlar.
Dövlət Vergi Xidmətinin məlumatına görə, bu cür hallar vergidən yayınma məqsədi daşıyır. Qurum vətəndaşları pərakəndə ticarət və ictimai iaşə obyektlərində nağdsız ödənişləri "kartdan-karta" köçürmə yolu ilə deyil, yalnız POS-terminal vasitəsilə həyata keçirməyə çağırır.
Sahibkarlara isə Vergi Məcəlləsində nəzərdə tutulan maliyyə sanksiyalarına məruz qalmamaq üçün ödənişləri POS-terminal vasitəsilə qəbul etmələri tövsiyə olunur.
Məlumat üçün bildirək ki, Vergi Məcəlləsinə əsasən, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Sosial       Tarix: 09 may 2026
f Paylaş

Oxşar xəbərlər

Qızıl niyə ucuzlaşır?

Qızılın qiyməti ABŞ-da inflyasiya riskləri və Federal Ehtiyat Sisteminin (FES) faiz siyasətinin gələcək istiqaməti ilə bağlı gözləntilər fonunda geriləyib. -a sitinadla xəbər verir ki, spot qızılın bir unsiyası 0,3 faiz ucuzlaşara

Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı

Abşeron rayonunun Xırdalan şəhərində dostunu bıçaqlayan şəxs həbs edilib. "Teleqraf"a istinadən xəbər verir ki, Nurlan (ad-soyad şərti verilib - red.) kafedə spirtli içki qəbul etdikdən sonra əvvəllər tanıdığı Hikmətl

BDU-nun qarşısında tələbə sıxlığı – Universitetdən AÇIQLAMA

Bakı Dövlət Universitetinin qarşısında sıxlıq müşahidə olunub. Universitet ətrafında yaranan sıxlıqla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə tələbələrin universitetə giriş-çıxışı zamanı ərazidə sıx hərəkətlili

Evdən 10 min manatlıq oğurluq edən şəxslər saxlanıldı

Paytaxtın Nizami rayonu ərazisində evlərdən birindən qızıl-zinət əşyaları və pul oğurlanıb. xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı oğurluq əməlin

Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi

Azərbaycanda bank kartlarından istifadənin ümumi həcmi artmaqda davam etsə də, bu sahədə diqqətçəkən fərqli tendensiya müşahidə olunur. Belə ki, debet kartları ilə aparılan əməliyyatlar artdığı halda, kredit kartları üzr

Məktəbli forması niyə vacibdir?

Məktəblərdə vahid geyim formasının tətbiqi məsələsi yenidən gündəmə gəlib. Müzakirələr zamanı əsas diqqət yalnız məktəb qaydalarına riayət olunmasına deyil, eyni zamanda şagirdlər arasında maddi imkanlardan qaynaqlanan fərqləri

"Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur

"Ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı bu gün bizə təqdim ediləcək. Proqramın hazırlanması üçün mən bir müddət bundan əvvəl - apreli

Bakı bulvarı Bibiheybət və Zığa qədər uzanacaq? - RƏSMİ CAVAB

"Burada müasir şəhər parklarının rolu prizmasından yanaşma, düşünürəm ki, önəmli olardı. Müasir şəhər parkları sadəcə yaşıllıqların salındığı istirahət məkanı anlayışından kənara çıxır və özlüyündə müasir şəhərsalmad

Gömrüklə bağlı mühüm məqam: Pulu kim verir?

Gömrük ekspertizasının aparılması ilə bağlı yaranan xərclərin kimin tərəfindən ödənilməsi ekspertizanın hansı tərəfin təşəbbüsü ilə keçirilməsindən asılıdır. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb


azerbaycan xeberleri son xeberler yeni xeberler oxu.az xeberler son xeberler 2026 bu gune olan xeberler meherremlik 2026