"Azərbaycan Dəmir Yolları"ndan bilet satışı ilə bağlı AÇIQLAMA
"Azərbaycan Dəmir Yolları"ndan bilet satışı ilə bağlı AÇIQLAMA
Beynəlxalq sərnişin daşımaları dayandırıldığı üçün qarşıdakı günlərə bilet almaq mümkün deyil.
Bu barədə Oxu.Az-a açıqlamasında "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin mətbuat katibi Natəvan Bayramova məlumat verib.
N.Bayramova vətəndaşların xarici ölkələrə və regionlara səfər üçün biletlərlə bağlı müraciətlərinə cavab olaraq bildirib ki, hazırda qatarların beynəlxalq və ölkədaxili istiqamətlərdə hərəkəti dayandırıldığından biletlərin satışı da həyata keçirilmir:
"Pandemiya ilə əlaqədar ölkə ərazisində karantin rejimi tətbiq edilir. Xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq, beynəxalq və regional sərnişin daşımaları, eləcə də ADY-nin onlayn bilet satışı dayandırılıb".
Natəvan Bayramova onu da əlavə edib ki, qatarların ölkədaxili və beynəlxalq istiqamətlərdə hərəkəti bərpa olunduqdan sonra onlayn bilet satışı da mümkün olacaq.
Könül Cəfərli
Turlar.az [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb