Azərbaycan diplomatiyasının növbəti zəfəri: Erməni yalanları BMT-də işə yaramadı

Azərbaycan diplomatiyasının növbəti zəfəri: Erməni yalanları BMT-də işə yaramadıBirləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətinə həsr olunan fövqəladə iclası keçirilib.
İclasda çıxış edən Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev bildirib ki, Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı şey, əslində, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə zərbə vurmaq məqsədilə aparılan təxribatçı və məsuliyyətsiz siyasi kampaniyadır.
O 30 ilə yaxındır ki, məhz Ermənistanın 1993-cü ilin müvafiq dörd qətnaməsinə və Təhlükəsizlik Şurası sədrinin işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən bir sıra bəyanatlarına məhəl qoymadığını bəyan edib.
İclas zamanı Azəbaycan tərəfinin də təqdim etdiyi sənədlər, sübutlar, beynəlxalq hüquq ermənilərin bu müraciətini ifşa etmiş və nəticədə arzuladıqları sənəd Azərbaycan əleyhinə qətnamə qəbul edilməmişdir. Bununla da Ermənistanın növbəti böyük planı iflası oldu.
Həmçinin Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev iclas zamanı ermənilərin "blokada" yalanının ifşa etməsi, bu barədə fotoları nümayiş etdirməsi, çıxışının sonunda foto-kollajları sağ tərəfə ötürməyi və "işinizdə istifadə edərsiniz" deməsi ermənilər hiddətləndirib. 
BMT Təhlüksizlik Şurasının Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətinə həsr olunan iclası necə dəyərləndirmək olar?
Azərbaycan diplomatiyasının növbəti zəfəri: Erməni yalanları BMT-də işə yaramadıMilli Məclisin deputatı Ramil Həsən mövzu ilə bağlı azxeber.com-a açıqlama verib.
Deputat bildirib ki, Ermənistanın başlatmış olduğu çirkin və iyrənc oyun heç bir nəticə verməyib:
"BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən əlavə, 10 müvəqqəti olaraq 2 il müddətinə fəaliyyət göstərən üzvləri mövcuddur. Şübhəsiz ki, Ermənistanın yenidən şou çevirmək cəhdi Azərbaycan dövlətinin, ölkəmizin, xarici siyasətinin və daimi nümayəndəliyimizin fəaliyyəti ilə fiaskoya uğradı.
Ermənistanın başlatmış olduğu bu çirkin və iyrənc oyuna BMT Təhlükəsizlik Şurasını alət etməsi cəhdi məğlubiyyətə düçar oldu. Təhlükəsizlik Şurasının həm daimi, həm də qeyri-daimi üzvləri çıxışlarında məsələnin sülh və danışıqlar yolunda həllini vurğuladılar. Eyni zamanda artıq beynəlxalq münasibətlər sistemi və BMT kulislərində Xankəndinə gedəcək olan Ağdam yolunun alternativ humanitar yol kimi istifadə edilə bilməsi ilə bağlı Azərbaycanın təklifi müsbət qarşılandı. Bununla bağlı, qardaş Türkiyənin, Albaniya, Brazilya, İngiltərə, Rusiyanın daimi nümayənləri öz fikirlərini vurğuladılar. Bu da Azərbaycanın xarici siyasətində ciddi uğurun əldə edilməsi deməkdir".
Deputat hesab edir ki, bu iclasda ermənilərin bütün yalanları dünyaya bəyan oldu: 
"Ermənistanın bütün dünyaya yalandan göstərməyə çalışdığı humanitar fəlakət iddası tamamən kənara atıldı. Azərbaycanın BTM-dəki daimi nümayəndəsi Yaşar Əliyevin də qeyd etdiyi kimi Ermənistan bu oyunları bir kənara buraxmalı və danışıqlar masasına oturaraq problemin bir an öncə həll olunması istiqamətində ciddi addımlar atmalıdır. Onlar Azərbaycan vətəndaşlığı alıb, bizim dinc vətəndaşlarımız kimi hər bir vətəndaşa verilən haqq və hüquqdan istifadə etməlidir. Azərbaycan vətəndaşlığını qəbul etməyən bir şəxs Azərbaycan Respublikasında vətəndaşa verilən haqq və hüquqlardan istifadə edə bilməz.
Ermənistan tərəfindən başladılan, humanitar fəlakət adı altında oynanan bu oyun BMT Təhlükəsizlik Şurasında məğlubiyyətə düçar oldu. Bu Azərbaycan xarici siyasətinin növbəti uğuru kimi qiymətlədirilməlidir".
Azərbaycan diplomatiyasının növbəti zəfəri: Erməni yalanları BMT-də işə yaramadıMövzu ilə bağlı azxeber.com-a danışan politoloq Fikrət Sadıqov ermənilərin bu iclasdan çox ümidli olduqlarını qeyd edib:
"Ermənilər gözləyirdilər ki, BMT Təhlükəsizlik Şurası bizə qarşı hansısa qətnamə qəbul etsin. Bu gözləntiləri də uğursuzluqla üzləşdi.
İclas onlar üçün məğlubiyyətlə nəticələndi. Çünki demək olar ki, heç bir ölkə açıq şəkildə Azərbaycana təzyiq göstərmədi. Sadəcə olaraq çağırışlar səsləndi, narahatlıqlar ifadə edildi. Onları dəstəkləyən təkcə Fransa oldu. Fransada tək dünya birliyi deyil. Burada bir sıra dövlətlər bizi dəstəklədilər.
Sabiq diplomat Fikrət Sadıqov iclasda Ağdam-Xankəndi yolunun istifadəsinin gündəmə gəlməsini vacib məqam olaraq şərh edib:
"Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolunda istifadə edilməsi ermənilərə tövsiyə olundu. Bu açıq şəkildə Ermənistan üçün diplomatik məğlubiyyətidir. Bizi dəstəkləyən ölkələr həm də Qoşulmama Hərəkatının üzvləridirlər. Azərbaycanla əməkdaşlıqda, münasibətlərin inkişafında maraqlıdırlar. Nəticə olaraq demək olar ki, ermənilərin təşəbbüsü puça çıxdı. Faktiki olaraq heç bir nəticə əldə edə bilmədilər".
Şəbnəm Zahir
Yazı Medianın İnkişafı Agentliyinin "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc edilib.
Azərbaycan diplomatiyasının növbəti zəfəri: Erməni yalanları BMT-də işə yaramadı

Siyasi       Tarix: 17 avqust 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini


son xeberler azerbaycan xeberleri yeni xeberler xabarlar en son xeberler bu gun ən son xəbər şou biznes xəbərləri