Azərbaycan dövlət büdcəsinin hansı sahələrə xərcləndiyi açıqlandı
2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artaraq 21 milyard 259,6 milyon manat təşkil edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu dövrdə büdcədən 20 milyard 175,3 milyon manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz çox vəsait xərclənib, büdcənin icrasında 1 milyard 084,3 milyon manatlıq (ümumi daxili məhsulun 1,5 faizi qədər) profisit yaranıb.
Daxilolmaların 21,90 faizi əlavə dəyər vergisi, 11,27 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,60 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 3,90 faizi fiziki şəxslərin gəlir vergisi, 3,84 faizi aksizlər, 1,56 faizi sadələşdirilmiş vergi, 2,22 faizi vergilərin digər növləri, 49,71 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.
Büdcə vəsaitlərinin 31,47 faizi iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 13,10 faizi təhsil və səhiyyə, 10,59 faizi sosial müdafiə və sosial təminat sahələrinin, 44,84 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.
Milli.Az /news.milli.az

Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Məşhur aktyor 46 yaşında vəfat etdi
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı