Azərbaycan dünyada mövqeyini möhkəmləndirir - ŞƏRH 

Azərbaycan dünyada mövqeyini möhkəmləndirir - ŞƏRH Yer kürəsini bürümüş geosiyasi turbulentlik şəraitində logistika əlaqələri və nəqliyyat kommunikasiyaları konkret dövlətin əhəmiyyətinin gücləndirilməsində getdikcə daha da vacib aspektlərə çevrilir. Lakin tarixi təcrübənin göstərdiyi kimi, əlverişli coğrafi mövqe və ya təbii sərvətlər qətiyyən kifayət etmir. Özünü güvənli hiss etmək və dünyada müəyyən söz sahibi olmaq üçün onları məharətlə idarə etmək vacibdir.
Olduqca əhəmiyyətli nüans odur ki, qarşıda duran vəzifələrin icrası dövlətin subyektliyinə, müstəqil siyasətinə xələl gətirilmədən həyata keçirilsin. Bu müstəvidə Azərbaycan zəruri problemlərin ilk növbədə məhz dövlətin öz maraqlarına hörmət və dəyər əsasında həlli baxımından bir sıra ölkələr üçün nümunəyə çevrilmişdir.
Təsadüfi deyil ki, Qazaxıstan prezidenti Azərbaycana dövlət səfəri zamanı "böyük tarixi zəfərə" və "tarixi həqiqətin bərpasına" xüsusi diqqət yetirib. Əlbəttə, Kasım-Jomart Tokayev Azərbaycanın dövlət suverenliyini bərpa etməsini bədahətən "tarixi" sözü ilə birlikdə istifadə etməyib. Onun fikrincə, bu, prezident İlham Əliyevin səylərinin "təbii nəticəsidir".
Beləliklə, bəzi dövlətlərin beynəlxalq hüququ açıq və kobud şəkildə pozduğu bir zamanda Azərbaycan dünyaya haqlı üsullarla məqsədlərə nail olmağın misalını təqdim edir ki, bu da ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə töhfə verməyə bilməz. Bu uğurlarlı rəğbətlə qarşılayanlar varsa, təbii ki, bəyənməyənlər də mövcuddur, amma tədricən reallıqlar istənilən halda hamı tərəfindən qəbul olunur.
ABŞ prezidenti Cozef Baydenin Novruz bayramı ilə bağlı İlham Əliyevə təbrik məktubunda və NATO-nun baş katibi Yens Stoltenberqin dövlət başçısı ilə danışıqlardan sonra verdiyi bəyanatda yer alan ayrı-ayrı çalarları sezməmək mümkün deyil. Belə ki, Ağ Ev rəhbəri Vaşinqton administrasiyasının "regional əlaqələri təşviq etmək və iqtisadi inkişafı genişləndirmək üçün" rəsmi Bakı ilə birgə işləmək planlarını açıqlayıb.
Şimali Atlantika Alyansının lideri isə enerji təhlükəsizliyinin müxtəlif istiqamətləri üzrə Bakı ilə müzakirələrinin əhəmiyyətini vurğulayaraq, Azərbaycanın NATO-nun Avropadakı əsas müttəfiqlərini qaz, eləcə də gələcəkdə elektrik enerjisi ilə təminatında "artan rolunu" qeyd edib. Diqqəti çəkən məqam Y. Stoltenberqin Cənubi Qafqazda sülh və sabitliyin təkcə bölgə ölkələri və sakinləri üçün deyil, həm də "Qara dəniz regionu və Şimali Atlantika təhlükəsizliyi üçün" vacibliyi barədə sözləri olub. Respublikanın alternativ enerji mənbələrinə sərmayələrinin fonunda COP29-un Bakıda keçiriləcəyini vurğulamaqla o, həm də Azərbaycanın qlobal miqyasda xüsusi rolunu qeyd edib.
Beləliklə, rəsmi Bakının qlobal məkanda vacibliyinin və hörmətinin nə qədər artdığı nəzərə çarpır. Qeyri-rəsmi olaraq "orta güc" adlandırılan dövlətlər kateqoriyasına keçən Azərbaycan öz şəxsi sanballı fikri olan, əhəmiyyəti getdikcə bölgədən kənara çıxan geosiyasi aktora çevrilir. Fransa və bir sıra təşkilatlar kimi bəzi beynəlxalq oyunçular anti-Azərbaycan relslərindən kənara çıxmasalar da, respublikanın planet miqyasında rolunun xaricdəki mühüm siyasi qüvvələr tərəfindən necə qiymətləndirildiyinin şahidiyik. Ən yeni tarix yazılmaqda davam edir.
Oqtay Teymuroğlu,
KONKRET.az

Siyasi       Tarix: 19 mart 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan FAMEX-ə dəvət edilib

Azərbaycan Meksika Aerokosmik Sərgisinə (FAMEX) dəvət olunub. xəbər verir ki, bu dəvət FAMEX Komitəsinin nümayəndələrinin Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyevlə görüşündə səsləndirilib. "Diplomatik görü

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadim

Prezidentin Endi Börnhemlə də görüşü gözlənilir - Yenilənəcək

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyanın paytaxtı Dublinə səfər edib. -ın məlumatına görə, yaxın saatlarda Preziden

Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq

Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsind

Baku TV': Azərbaycan COP31-də yaşıl enerji hədəflərini nümayiş etdirir

Azərbaycan COP31 çərçivəsində iqlim siyasəti və ekoloji təşəbbüsləri ilə yanaşı, milli dəyərləri, mədəniyyət və yaşıl enerji hədəflərini də təqdim edir. xəbər verir ki, bu barədə "Baku TV"nin hazırladığı süjetd

Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"

Ermənistanın "Güclü Ermənistan" fraksiyasından olan deputat Edqar Qazaryan baş nazir Nikol Paşinyanı sərt şəkildə tənqid edib. xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb. "Banan səyyahı"

Paşinyan Türkiyədən sonra bu ölkəyə gedir

Ermənistanın Baş naziri Nikol Paşinyan 12-13 noyabr tarixlərində İrlandiya Respublikasında işgüzar səfərdə olacaq. xəbər verir ki, bunu erməni Baş nazirin mətbuat katibi Melaniya Harutyunyan deyib. Paşinyan Dublində 9-c

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. KONKRET.azAZƏRTAC-a istinadən bildirir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanı

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Ərəb Əmirliyinin Füceyrə əmirliyində 14 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı bu ölkəyə başsağlığı verib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan XİN-in X hesabınd


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son xəbərlər sonxeber az sonxəbərlər sonxəbər