İşsizlər icbari tibbi sığortaya 16 manat ödəyəcək? - Nazir məsələyə aydınlıq gətirdi

İşsizlər icbari tibbi sığortaya 16 manat ödəyəcək? - Nazir məsələyə aydınlıq gətirdi"Dövlət tərəfindən icbari sığorta haqqı qarşılanan şəxsləri biz yeni dəyişikliklərlə 9 dəfə artırırıq. Biz göstəririk ki, bəlli kateqoriya insanların hamısı – uşaqlar, pensiyaçılar, əlilliyi olan şəxslər, işsizlər dövlət tərəfindən sığorta olunacaq. İlk dəfə olaraq qanunda göstərilir ki, işsizlər də dövlət tərəfindən sığortalanacaq".
Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.
"Növbəti ilin dövlət büdcəsində bu məqsəd üçün 900 milyon manat vəsait qoyulub. Bu, təxminən 7.3-7.5 milyon insanımızın sığorta haqqıdır. Təqribən 2 milyon şəxs muzdlu əməklə çalışır. Onların da sığorta haqqı işçi və işəgötürən tərəfindən qarşılanır. Fərdi sahibkarların da sığortası onlar tərəfindən qarşılanır. Yəni minimum əhalinin 95%-i sığorta ilə bağlı tam əhatə olunacaq. Kimlər əhatədən kənar qalır? İşləyən, gəliri olan, gəlirini gizlədən, yəni qeyri-formal məşğul olan şəxslər", - nazir bildirib. 
***
Nazir əlavə edib ki, qeyri-formal fəaliyyət göstərmək qanunla qadağandır: "Biz deyirik ki, yalnız qanunvericiliklə qadağan edilmiş şəkildə fəaliyyət göstərən insanların sığortasını özləri ödəyəcək. Bunun müəyyən edilməsi meyarları nədir? Xüsusi qaydalar olacaq, onların müəyyən edilməsi qaydaları elektron şəkildə aparılacaq. Fərdiləşmiş məlumat, təqdim olunan şəxsiyyət vəsiqəsinin nömrəsi əsasında müəyyən ediləcək ki, bu insanlar hansı kateqoriyaya düşür. Kateqoriyada olmayan insandan isə gəlirinin mənbəyi soruşulacaq. Onlar da sığortadan kənar qalmır. Şərait yaradılır ki, birdəfəlik sığorta haqqı ödəməklə, istənilən məbləğdə olan tibbi xidmətdən yararlansınlar. Əksinə təqdim olunan bu yenilik əhalimizin sosial sığorta ilə əhatə olunması istiqamətində növbəti müsbət və güzəştli bir addımdır".
///Qafqazinfo / azxeber.com

Siyasi       Tarix: 03 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Müxalifət Netanyahunu ittiham etdi: "Günahkardır"

İsrail müxalifətinin lideri Qadi Ayzenkot Baş nazir Benyamin Netanyahunu parlament seçkilərinin yekun nəticələrinin açıqlanmasını xarici müdaxilə ilə bağlı araşdırmanı bəhanə edərək gecikdirməyə çalışmaqda günahlandırıb


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bugun 2026 son xəbərlər azərbaycanda cebheden xeber zelzele