Ukrayna təslim olmağa hazırlaşır: Zelenski üçün yolun sonu göründü

Ukrayna təslim olmağa hazırlaşır: Zelenski üçün yolun sonu göründüUkrayna Prezidenti Volodimir Zelenskinin Yeni il ərəfəsində istefa verə biləcəyi ilə bağlı iddia gündəmə gəlib. Bu barədə siyasi texnoloq Vladimir Petrov açıqlama verib. O, Zelenskinin "artıq davam etmək istəmədiyini" irəli sürərək onun yaxın zamanda istefa qərarını açıqlaya biləcəyini bildirib. Siyasi texnoloq ehtimal edir ki, dekabrın 15-dək atəşkəs rejiminə nail olunacaq, Yeni il çıxışı zamanı isə Zelenski vətəndaşlara müraciət edərək postunu tərk etdiyini elan edəcək.
Hərbi-siyasi ekspert Həşim Səhrablı azxeber.com-a açlqlamasında deyib ki, Zelenskinin istefası ilə bağlı xəbərlər son günlərdə intensivləşib:
Ukrayna təslim olmağa hazırlaşır: Zelenski üçün yolun sonu göründü"Zelenskinin istefası ilə bağlı xəbərlər son günlərdə intensivləşib. Amma bundan əvvəl də onun istefasının vaxtının çatdığı və ya zəruri olduğu barədə həm anti-Ukrayna, həm də anti-Zelenski mövqeyində dayananlar tərəfindən dəfələrlə məlumatlar tirajlanırdı. Bu məlumatlar əsasən Ukraynada müqavimət hərəkatının önündə duran əsas simalardan biri olan prezident Zelenski üzərində təzyiq yaratmağa hesablanıb. Donald Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ-nin Ukrayna siyasətinin ciddi şəkildə dəyişdiyini, Vaşinqtonun artıq savaşın davamına deyil, "sülh yolunun açılmasına" üstünlük verdiyini gördük. Belə olan halda Zelenskinin müqavimət siyasəti həmin dairələrdə arzuolunmaz mövqeyə çevrilməyə başlayıb"
Ekspert bildirib ki, bu məlumatları tamamilə şayiədir: 
"Bu məlumatları tamamilə şayiə hesab edirəm. Zelenskinin asanlıqla istefa verəcəyini düşünmək məntiqli görünmür. Zelenskiyə qarşı məkirli və gizli addımlar hazırlanarsa, onda istefa bir növ zərurət səviyyəsinə qalxa bilər. Ancaq Zelenskinin öz iradəsi ilə kənara çəkiləcəyini gözləmək çətindir. O, başladığı mübarizəni sona qədər davam etdirmək niyyətindədir. Çünki Trampın "sülh yolunu açmaq" kimi təqdim etdiyi plan əslində Ukraynanın təslim olmasından başqa bir şey deyil.  Çünki müharibənin başlanmasına səbəb olan üç əsas məsələnin Ukrayna heç birinə çatmır. Yəni işğal olunmuş ərazilərin qaytarılması, NATO-ya inteqrasiya və güclü orduya sahib olmaq təmin olunmur. Əgər Ukrayna həm ərazilərindən, həm NATO perspektivindən imtina edir, həm də ordusunu kiçildirsə, onda müharibə niyə başlamışdı?
Onun təslim olması Ukraynanın da oxşar vəziyyətə düşməsi riski yaradar".
H.Səhrablı qeyd edib ki, Zelenskinin istefası yeni hakimiyyətin formalaşması demək olacaq:
"Zelenskinin istefası yeni hakimiyyətin formalaşması demək olacaq. Yeni hakimiyyətin başında kimin olacağı isə sual doğurur. Məhz bu sualın cavabı prosesin gələcəyini müəyyənləşdirəcək. Əgər hakimiyyətə gələcək şəxs Zelenski kimi sonadək mübarizəni seçəcəksə, müharibənin dayanmasından danışmaq çətin olacaq. Amma əgər həmin şəxs Trampın dəstək verdiyi bir namizəd olarsa, bu halda Ukraynanı çox ağır bir sonluq gözləyə bilər. Bu, adına "sülh" deyilsə də, faktiki olaraq təslimiyyət mənasına gələcək".
Şahanə Ziyad

Siyasi       Tarix: 02 dekabr 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Müxalifət Netanyahunu ittiham etdi: "Günahkardır"

İsrail müxalifətinin lideri Qadi Ayzenkot Baş nazir Benyamin Netanyahunu parlament seçkilərinin yekun nəticələrinin açıqlanmasını xarici müdaxilə ilə bağlı araşdırmanı bəhanə edərək gecikdirməyə çalışmaqda günahlandırıb


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bugun 2026 son xəbərlər azərbaycanda cebheden xeber zelzele