Ramiz Mehdiyev Əli Kərimli işbirliyi haqda yeni faktlar - AXCP ləğv ediləcək?
Xəbər verdiyimiz kimi, AXCP sədri Əli Kərimliyə ittiham elan olunub. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimliyə AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Milli Məclisin deputatı Elman Nəsirov azxeber.com-a açıqlamasında ittihamların səbəbi haqda danışıb:
"Bu ittihamların yaranma səbəbi birbaşa Ramiz Mehdiyev işi ilə bağlıdır. Axtarış nəticəsində Əli Kərimlinin Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığını göstərdiyi iddia olunan materiallar aşkarlanıb. Bu materiallarda onun "Milyarderlər İttifaqı" ilə əlaqələri əks olunub. Eyni zamanda, Əli Kərimlinin ən yaxın tərəfdaşlarından biri olan Saleh Rüstəmlinin Rusiya xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq etməsi və həmin qurumların məlumatlarını Əli Kərimliyə ötürdüyünə dair faktların üzə çıxdığı bildirilir.
Ramiz Mehdiyevin Moskvaya ünvanladığı məktubun redaktə olunmuş variantının da Əli Kərimlinin evindən tapıldığı qeyd olunur".
Deputat bildirib ki, bu və digər iddia edilən faktlar Əli Kərimli ilə Ramiz Mehdiyev arasında yaxın əlaqələrin olduğunu göstərir:
"Bu və digər iddia edilən faktlar Əli Kərimli ilə Ramiz Mehdiyev arasında yaxın əlaqələrin olduğunu göstərir. Məlumata görə, Ramiz Mehdiyev Əli Kərimlidən öz mövqelərini möhkəmləndirmək üçün istifadə edib. Əli Kərimli isə onun inzibati və maliyyə resurslarından yararlanıb. Necə deyərlər "əl əli yuyar, əl də üzü" prinsipi ilə hərəkət ediblər".
E.Nəsirov vurğulayıb ki, Əli Kərimli özünü hər zaman qərbyönümlü siyasətçi kimi təqdim edib:
"Paradoksal olan isə budur ki, Əli Kərimli özünü hər zaman Qərbyönümlü siyasətçi kimi təqdim edib. Hazırda isə yayılan məlumatlar bunun əksinə olaraq, siyasi ikiüzlülük və qeyri-səmimilik olduğunu iddia edir. Əslində, Əli Kərimli Ramiz Mehdiyevin idarə etdiyi "orkestr"da birinci "skripka" rolunu oynayıb. Əli Kərimli Ramiz Mehdiyevin təsiri altında olan siyasi "orkestrdə" aparıcı rol oynayıb və bu fəaliyyətin hədəfi Azərbaycan dövləti olub.
Bununla yanaşı, Anti-Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Türkiyədən deportasiya edilib və hazırda istintaqa cəlb olunduğu bildirilir. Qurumun digər üzvü Cəmil Həsənlinin də dindirilməyə çağırıldığı qeyd olunur. İstisna edilmir ki, iş üzrə təqsirləndirilən şəxslərin dairəsi genişlənə bilər və yeni adlar ortaya çıxa bilər".
Parlamentari qeyd edib ki, cəmiyyəti AXCP-nin fəaliyyətini davam etdirməsi narahat edir:
"Cəmiyyəti narahat edən əsas məsələlərdən biri də budur ki, əgər partiya sədrinə ağır ittihamlar irəli sürülürsə, partiyanın sonu necə olacaq? Həmin partiyanın mövcudluğu ilə bağlı suallar ortaya çıxır. Cəmiyyətin bir qismi hesab edir ki, partiyanın özü də bu prosesdə məsuliyyət daşıya bilər və belə olduğu təqdirdə təşkilatın fəaliyyətinə xitam verilməsi müzakirə mövzusuna çevrilər. Rəhbər bu cür ağır ittihamlarla üzləşirsə, partiyanın özü də cinayətə bulaşıb. Sözügedən partiyanın Azərbaycan siyasi sistemində mövcudluğuna heç bir əsas yoxdur".
Şahanə Ziyad
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib