Vətənə, dövlətə xəyanətkar və satqın mövqedə olanlar qanunlar qarşısında cavab verməlidirlər - Vüqar Rəhimzadə

Vətənə, dövlətə xəyanətkar və satqın mövqedə olanlar qanunlar qarşısında cavab verməlidirlər - Vüqar RəhimzadəArtıq müəyyən müddətdir ki, aparılan ictimai müzakirələr əsasında formalaşmış qəti fikirlər bir daha cəmiyyətin diqqətini Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhd planına və burada yer almış Əli Kərimli kimilərə yönləndirir. DTX çərçivəsində həyata keçirilən araşdırmalar artıq real faktlar əsasında nəticələr verir ki, bununla da ifşa edilmiş dövlət çevrilişi planının iştirakçıları barədə hüquqi ölçülər götürülür.
azxeber.com xəbər verir ki,  bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. Onun sözlərinə görə AXCP sədri Əli Kərimlinin, onun evinə demək olar, hər gün gəlib-gedən, alış-verişini belə edən partiyanın rəyasət heyətinin üzvü Məmməd İbrahimin evində axtarışların aparılması sözügedən ifşa prosesinin məntiqi nəticəsidir.
V.Rəhimzadə bildirib ki, ifşa prosesində ortaya çıxan faktlar istər Ramiz Mehdiyevin, istərsə də AXCP sədri Əli Kərimlinin fəaliyyətlərinin bütün dövrlərində Rusiyanın xüsusi xidmət orqanlarının planlarında yer aldıqlarını sübuta yetirir:
"Əli Kərimlinin hələ sovet illərindən "KQB"nin "Malış" təxəllüslü agenti rolunda bir sıra siyasi təxribatlarda yer alması heç kəsə sirr deyil. Eləcə də birbaşa Rusiyanın "Milli Şura" adlı layihəsinin də Əli Kərimlinin nəzarətinə verilməsi təsadüfi deyil. Eyni zamanda, bu fikirlər birmənalı şəkildə Ramiz Mehdiyevə də aiddir. Onun müxtəlif dönəmlərdə dəfələrlə rusiyalı məmurlarla gizli ünsiyyət qurması, xüsusilə dövlət əhəmiyyətli proseslərdə Rusiya ilə məsləhətləşləmələr aparması, AMEA-da işləyərkən belə Moskvanın siyasi direktivləri ilə hərəkət etməsi Ramiz Mehdiyevin həyat və fəaliyyətində "KQB" və "QRU" izini açıq şəkildə nümayiş etdirir. Bütün bunlar bir daha Ramiz Mehdiyevin Əli Kərimli ilə münasibətlərinə işıq tutur, onların uzun illər ərzində formalaşmış və siyasi məqsədləri bəlli olan latent əlaqələrinin detallarını ortaya çıxarır".
Deputatın fikrincə, ictimaiyyət də görür ki, Əli Kərimli bütün çıxışlarında Ramiz Mehdiyevi müdafiə edib:  "O, özünün və ağasının Rusiyanın adamı olmasına baxmayaraq, Azərbaycan hakimiyyətini "rusiyapərəst" olmaqda ittiham edib, mitinq, aksiya ilə pərdələnmiş oyunlar vasitəsilə siyasi sabotajla məşğul olub. Maraqlısı da odur ki, görəsən niyə AXCP və qondarma "Milli Şura" Ramiz Mehdiyevin vəzifəsindən azad edilməsindən sonra bir dəfə də olsa, mitinq və aksiya keçirə bilməyib?".
"DTX-nın Əli Kərimlinin və onun müşavirinin evində axtarışlar aparması AXCP sədrinin dövlət çevrilişinə cəhd planlarındakı yeri və rolu barədə ciddi sübutlara malik olduğunu göstərir" - deyən V.Rəhimzadə əlavə edib ki, Rusiyanın çirkin planının ifşası fonunda Ramiz Mehdiyev-AXCP-"Milli Şura" üçbucağının da xəyanətləri artıq sübuta yetirilməkdədir:
"DTX dövlət çevrilişinə cəhd planında yalnız Ramiz Mehdiyevin, onun əlaltıları olan AXCP və "Milli Şura" ilə oyunlarını ifşa etmir, eyni zamanda, Rusiyadakı bəzi dairələrin perspektivdə Azərbaycanda təxribat, siyasi qarşıdurma törədilməsi, ictimai sabitliyin pozulması planlarında Əli Kərimlidən istifadə imkanlarını da məhdudlaşdırmaqdadır. Daha doğrusu, Rusiyanın Ukrayna ilə müharibə bitdikdən sonra Qafqaz üzərində təsir dairəsini yenidən bərpa etmək cəhdləri çərçivəsində Ramiz Mehdiyevə bağlı qüvvələrdən istifadə edəcəyi, qeyd olunan prosesdə radikal davranışları ilə daim seçilən, Azərbaycanın dövlət maraqlarına qarşı hər zaman xəyanətkar mövqedə olan AXCP-nin öndə gedəcəyi də istisna edilmir. Qeyd olunan səbəbdən dövlətə, Vətənə xəyanət yolunu tutan qüvvələrin vaxtında zərərsizləşdirilməsi dövlət təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır".
Deputat onu da əlavə edib ki, dövlətə və xalqa xəyanət yolunu tutmuş AXCP kimi partiyaların qapadılması məsələsi də birmənalı şəkildə gündəmdə olmalıdır: "Nəinki xalqın, hətta öz üzvlərinin belə maraqları üçün deyil, birbaşa Ramiz Mehdiyevin, o cümlədən Rusiyanın mənafeyi naminə çalışan belə siyasi təşkilatlar Azərbaycanda mövcud ola bilməzlər".
Vətənə, dövlətə xəyanətkar və satqın mövqedə olanlar qanunlar qarşısında cavab verməlidirlər - Vüqar Rəhimzadə

Siyasi       Tarix: 30 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Müxalifət Netanyahunu ittiham etdi: "Günahkardır"

İsrail müxalifətinin lideri Qadi Ayzenkot Baş nazir Benyamin Netanyahunu parlament seçkilərinin yekun nəticələrinin açıqlanmasını xarici müdaxilə ilə bağlı araşdırmanı bəhanə edərək gecikdirməyə çalışmaqda günahlandırıb


yeni xeberler azerbaycan xeberleri son xeberler qarabag bugunun xeberleri az xeber son xəbərlər bugün 2026