Gültəkin Hacıbəylinin aqibətini onlar da yaşaya bilər – Bilinməyənlər

Gültəkin Hacıbəylinin aqibətini onlar da yaşaya bilər – BilinməyənlərXəbər verdiyimiz kimi, Türkiyədə saxlanılan Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəyli bu gün səhər saatlarında Azərbaycana deportasiya edilib. Məhz bundan sonra bir sıra hüquqi məsələlər gündəmə gəlib.
Deportasiya hansı hallarda həyata keçirilir? Bir dövlətin vətəndaşı səfərdə olduğu ölkədə hansı hallarda öz ölkəsinə qaytarılır? Şəxs istəsə, üçüncü ölkəyə gedə bilərmi?
KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan vəkil Hikmət Əliyev deyib ki, deportasiya əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkədən məcburi çıxarılmasıdır:
"Qanun bunu yalnız konkret hallarda tətbiq edir. Buna şəxsin vizasının və ya yaşama icazəsinin ləğvi, onun ölkədə olmasının arzuolunmaz sayılması, cəzaçəkmədən azad edildikdən sonra burada qalması üçün hüquqi əsasın olmaması və qaçqın statusu verilməsindən imtina edilməsi hallarını göstərmək olar. Bir ölkənin vətəndaşı səfərdə olduğu başqa ölkədə miqrasiya qaydalarını pozduqda, viza müddətini aşdıqda, saxta sənəd təqdim etdikdə və ya ictimai qayda üçün risk yaratdıqda geri qaytarıla bilər".
Gültəkin Hacıbəylinin aqibətini onlar da yaşaya bilər – BilinməyənlərHikmət Əliyev
Vəkilin sözlərinə görə, deportasiya yalnız şəxsin öz ölkəsinə göndərilməsi demək deyil:
"Qanuna görə, əcnəbi əvvəlcə vətəndaşı olduğu ölkəyə, bu mümkün deyilsə, birbaşa gəldiyi ölkəyə göndərilir. Vətəndaşlığı olmayan şəxs isə ya daimi yaşadığı ölkəyə, ya gəldiyi ölkəyə, ya da onu qəbul etməyə hazır olan üçüncü bir ölkəyə çıxarıla bilər. Yəni şərait imkan verirsə, deportasiya üçüncü ölkəyə getməyi də istisna etmir. Beləliklə, deportasiya həm tətbiq əsasları, həm də istiqamət seçimi baxımından qanunla dəqiq tənzimlənən bir prosedurdur. Şəxsin hansı ölkəyə çıxarılacağı onun hüquqi statusu və qəbul edən ölkənin mövqeyi ilə müəyyən olunur".
Qeyd edək ki, Gültəkin Hacıbəylinin adı "Ramiz Mehdiyev işi"ndə hallanır.

Siyasi       Tarix: 02 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Müxalifət Netanyahunu ittiham etdi: "Günahkardır"

İsrail müxalifətinin lideri Qadi Ayzenkot Baş nazir Benyamin Netanyahunu parlament seçkilərinin yekun nəticələrinin açıqlanmasını xarici müdaxilə ilə bağlı araşdırmanı bəhanə edərək gecikdirməyə çalışmaqda günahlandırıb


yeni xeberler azerbaycan xeberleri son xeberler qarabag bugunun xeberleri az xeber son xəbərlər bugün 2026