Azərbaycan düşmənlərinə "növbədənkənar zərbə" – Fevralın 7-si həm də niyə bayramdır?

Azərbaycan düşmənlərinə Gözlənilməz oldu.
Cəmi iki aydan sonra növbədənkənar prezident seçkilərinə gedirik. Oxucu məlumatlı olsa da, yenə xatırladım ki, növbədənkənar prezident seçkiləri 2024-cü il fevralın 7-nə təyin olunub. İndi isə siyasi kluarlarda cavabı tapılmağa çalışılan sualla bağlı mümkün ehtimalları sadalayaq. Öncə isə sual:
Nə baş verir? Növbədənkənar seçki elanının səbəbləri nədir?
Azərbaycan düşmənlərinə Ağıla gələn ilk ehtimal odur ki, prezident seçkilərinin keçiriləcəyi 2025-ci ildə həm də növbəti parlament seçkiləri nəzərdə tutulmuşdu. Ölkə üçün taleyüklü 2 mühüm seçki yarışının eyni ildə reallaşması təbii ki, müəyyən texniki problemlər yaradacaqdı. Görünür, qərarın verilməsində bu faktor da öz rolunu oynayıb. Amma səbəb təkcə budurmu?
Ehtimallardan biri isə 2024-cü ildə Cənubi Qafqazda, eləcə də Azərbaycanda strateji maraqları olan iki böyük dövlət – ABŞ və Rusiyada da prezident seçkilərinin baş tutacağıdır. Bu faktın ölkəmizdəki növbədənkənar seçkilərə nə kimi təsirinin olub-olmadığını biz yalnız təxmin edə bilərik…
Nəyi, nə zaman edəcəyini isə İlham Əliyev bilir
Azərbaycan düşmənlərinə Nəzərdən keçirilməyə layiq olan daha bir detala diqqət edək.  İlham Əliyevin komandanlığında başladılan və işğal altındakı torpaqlarımızın azad edilməsi ilə nəticələnmiş Vətən müharibəsindən sonra başda ABŞ olmaqla, bir sıra Qərb ölkələri rəsmi Bakıya qarşı təzyiqləri artırıb.
Sanksiyalar təhdidindən tutmuş siyasi çalarlı bəhanələrə qədər, mümkün olan hər şeydən təzyiq aləti kimi yararlanmağa çalışırlar. 30 il yurd-yuvalarından didərgin düşmüş Azərbaycan vətəndaşının pozulmuş hüquqlarından illər boyu bir cümlə də danışmayan bu dairələr agentura şəbəkələrinin üzvlərinin haqlı həbslərini söz azadlığına, az qala demokratiyaya təhdid kimi dəyərləndirməyə cəhdlər göstərirlər. Bu növbədənkənar seçkilər həm də bu bəhanələrə SON QOYACAQ. Biz 2024-cü il fevralın 7-də bütün dünyaya deyəcəyik:
Bu da demokratiya! Bu da azad seçki! Sonra?
Azərbaycan düşmənlərinə Gün kimi aydındır ki, İlham Əliyevin bu seçkilərdə xüsusi seçki kampaniyasına da ehtiyacı yoxdur. Onun ölkədəki reytinq göstəricilərini Avropada da, uzaq ABŞ-da da yaxşı bilirlər. Bu baxımdan, İlham Əliyev növbədənkənar prezident seçkiləri təyin etməklə düşmənlərin əlindəki kartları zərərsizləşdirmiş oldu. Fevralın 7-də bütün dünya demokratiya şöləninə şahidlik edəcək. Bununla da Qərbin işğalçı ordusunun ön əsgərləri olan "demokratiya qamçısı" qırılacaq. Azərbaycan xalqı isə həmin gün təkcə demokratiya təntənəsini yox, həm də siyasi həyatında bir İLK OLAN tarixi anı yaşayaşaq…
Bu seçkilər ilk dəfə Azərbaycanın bütün ərazilərində baş tutmuş olacaq!
Azərbaycan düşmənlərinə Azərbaycan vətəndaşı fevralın 7-də Xankədidə səs verəcək! Seçimini Şuşadan edəcək. Düşmənin xarabaya çevirdiyi Ağdam planetin siyasət paytaxtlarına demokratiya dərsi verəcək. Zəngilan, Füzuli, Cəbrayıl, Qubadlı və işğaldan azad olunmuş digər ərazilərimiz bu siyasi hadisə ilə Azərbaycanın ayrılmaz hissəsi olduğunu növbəti dəfə nümayiş etdirəcək.
Odur ki, 2024-cü il, fevralın 7-si təkcə seçki günü deyil, həm də bayramdır!
Bayramda görüşənədək. Həmişə bayramlarda görüşək!
Ozal MƏMMƏDOV
Sfera.az saytının baş redaktoru / konkret.az

Siyasi       Tarix: 08 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları


yeni xeberler son xeberler azerbaycan xeberleri en sonxeber sonxabar az kriminal xeberler xəbər