Azərbaycan Ədalətli sülhün tərəfdarıdır

Azərbaycan Ədalətli sülhün tərəfdarıdırPrezident İlham Əliyevin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında və MDB Dövlət Başçılarının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qazaxıstan Respublikasına işgüzar səfəri çərçivəsində keçirilən görüşlərdə respublikamızla əməkdaşlıq münasibətləri olan  dövlətlər arasında siyasi, hərbi-texniki, ticarət, enerji, kənd təsərrüfatı, nəqliyyat-logistika sahələrində əlaqələrin mövcud vəziyyətinə toxunulub, eyni zamanda, bu istiqamətlərdə gələcəkdə həyata keçiriləcək tədbirlərlə bağlı müzakirələr aparılıb. 
Asiyada sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində çoxtərəfli yanaşmaları inkişaf etdirməklə əməkdaşlığı gücləndirmək məqsədi daşıyan Zirvə Toplantısında çıxış edən dövlətimizin başçısı bir çox məqamlara toxunub. 30 ilə yaxın davam edən işğal zamanı Ermənistan tərəfindən şəhər və kəndlərimizin, mədəni və dini abidələrimizin, məscidlərimizin məqsədli şəkildə dağıdılmasından, o cümlədən Azərbaycanın dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasında olmasından və Ermənistanın müharibə cinayətlərinin bu günə kimi davam etməsindən danışıb. Bütün çıxışlarında Azərbaycanın regionda sülhün bərqərar olmasında maraqlı tərəf olduğunu qeyd edən cənab Prezident, Zirvə Toplantısında bunu bir daha vurğulayıb və Azərbaycanın Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif etdiyini bildirib.
Prezident İlham Əliyev bəyan edib ki, minalardan təmizlənmə ilə paralel, indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır. Artıq Zəngilanın Ağalı kəndi qurulub və işğaldan azad edilmiş ərazilərə ilk qayıdış başlanıb. Bununla yanaşı, Füzuli Beynəlxalq Hava Limanı açılıb, Zəngilan Hava Limanının açılışına hazırlıq gedir. Azad edilmiş bütün ərazilərdə abadlıq-quruculuq işləri sürətlə həyata keçirilir. Dövlətimizin başçısı adı çəkilən Zirvə Toplantısındakı çıxışında Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastruktur layihələrinin ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirdiyini diqqətə çatdırıb. 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit təxminən 65 faiz artdığını bildirib.
Dövlət başçısı bildirib ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir: "Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir.
2019-cu ildən bəri Azərbaycan üzv ölkələrin yekdil qərarı əsasında dünyada BMT-dən sonra ən böyük beynəlxalq struktur olan Qoşulmama Hərəkatına sədrlik edir. Sədrliyimiz yenə də yekdil qərar əsasında daha bir il, 2023-cü ilin sonuna qədər uzadılıb".
Aytən Rüstəmova
Abşeron rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru / azxeber.com

Siyasi       Tarix: 15 oktyabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Ceyhun Bayramov İƏT toplantısında çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Koordinasiya Toplantısında çıxış edib. xəbər verir ki, bu barədə XİN-in "X" hesabında bildirilib. Nazir İƏT-in yeni Baş katib

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xəbərlər bugün sonxabar beynelxalq bank mezenne xeberler bu qun