"Azərbaycan-Ermənistan münasibətləri qeyri-adidir" - Növbəti addım nə olacaq?

"Səfər çərçivəsində sərhədlə bağlı hökumətlərarası komissiyanın növbəti iclası keçirildi və sənədlər toplusu razılaşdırıldı. Beləliklə, sərhədin müəyyən olunmasında ümumi metodologiya təsdiqlənib və vahid xəritə üzərində işlərin aparılması qərarlaşdırılıb".
KONKRET.az xəbər verir ki, bunu "Yeni Sabah"a açıqlamasında Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov deyib.
O bildirib ki, hazırda Bakı-İrəvan münasibətləri qeyri-adi formadadır:
"Bu, bürokratik addım olsa da, sərhədin müəyyən olunması mərhələsində ən çox vaxt aparan prosesdir. Onun yekunlaşdırılması ilə bağlı məlumat verilibsə, deməli artıq nəzəri işlər yekunlaşmaq üzrədir və praktiki addımlar üçün tam zəmin yaradılıb. Bu gün Azərbaycan-Ermənistan münasibətləri qeyri-adidir. Çünki diplomatik münasibətlərin olmadığı şəraitdə hökumətlərarası komissiya fəaliyyət göstərir. Eyni zamanda iki ölkə arasında iqtisadi münasibətlər formalaşıb. Yüksək səviyyədə siyasi dialoq var və vətəndaş cəmiyyətlərlərinin nümayəndələri qarşılıqlı səfərlər təşkil edir".
Politoloq vurğulayıb ki, iki ölkə arasında münasibətlərin növbəti mərhələsi Ermənistandakı parlament seçkilərindən sonra formalaşacaq:
"İkinci mərhələ Ermənistandakı parlament seçkilərindən sonra başlamalıdır. Seçkilərin nəticələrindən çox şey asılı olacaq. Demək olar ki, seçki öncəsi Azərbaycan-Ermənistan münasibətlərinin bütün sahələri üzrə müəyyən nailiyyətlər mövcuddur. Eyni zamanda, Azərbaycan Baş naziri Şahin Mustafayevin Ermənistana səfəri çərçivəsində iqtisadi münasibətlərə də yer verilib. Düşünürəm ki, ticarətin elə istiqamətləri müəyyən olunub ki, bu haqda yaxın gələcəkdə yeni xəbərlər eşidəcəyik".
Qeyd edək ki, Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edib. Səfər çərçivəsində Ermənistanın Ağverən şəhərində Baş nazirin müavini Şahin Mustafayevin və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclası baş tutub. Ş.Mustafayev həmçinin erməni iş adamları ilə görüş keçirib.

Siyasi       Tarix: 01 may 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Müharibə ABŞ-ni bu qədər zərərə saldı - Rəqəmlər ŞOK yaratdı

İranın bölgədəki ABŞ hərbi hədəflərinə qarşı həyata keçirdiyi intensiv hücumlar Vaşinqtona milyardlarla dollar dəyərində ziyan vurub. KONKRET.azxəbər verir ki, "The Wall Street Journal" (WSJ) nəşrinin yaydığı məlumat

Məkkə sazişi: Türkiyə və Pakistan bu ölkəyə qoşun yeridir

Avqustun 7-də Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında Məkkədə imzalanan kollektiv müdafiə müqaviləsi geniş müzakirələrə səbəb olub. KONKRET. -a istinadla xəbər verir ki, müqavilədə NATO Nizamnaməsinin 5-ci maddəsind

XİN Kolumbiyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Kolumbiyada baş verən zəlzələ ilə bağlı başsağlığı verib.  xəbər verir ki, bu barədə nazirliyin sosial media hesabında paylaşım edilib. Zəlzələ nəticəsində həlak olanların ailələrinə və yaxınların

İlham Əliyev: Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir

Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir. AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində deyib. Dövlətimizin başçısı, həmçinin Naxçıvand

İlham Əliyevlə Trampın telefon danışığında TRIPP layihəsinin əhəmiyyəti vurğulanıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında telefon danışığı əsnasında TRIPP layihəsinin regional bağlantılar baxımından əhəmiyyəti vurğulanıb, Azərbayca

Azərbaycanın İsveçrədəki səfiri geri çağırıldı

Fuad Eldar oğlu İsgəndərov Azərbaycanın İsveçrə Konfederasiyasında, eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağl

Bu gün təyin olunan səfirlər kimdir? - DOSYE

Bu gün Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə bir sıra səfir təyinatları reallaşıb. Belə ki, Fuad Eldar oğlu İsgəndərov Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Məmmə

Donald Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib

ABŞ Prezidenti Donald Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib. xəbər verir ki, Donald Tramp bu barədə bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığında bildirib

Putin sərt danışdı: "Ölkənin boşalmasına..."

Rusiya rəhbərliyi ölkə ərazisində əhalinin paylanması və kiçik yaşayış məntəqələrinin qorunub saxlanılması məsələsini yenidən diqqət mərkəzinə gətirib. KONKRET.azxəbər verir ki, Rusiya Prezidenti ölkənin coğrafi miqyasın


son xeberler yeni xeberler azerbaycan xeberleri dunya xeberleri son xəbərlər xeberler bugun 2026 havanın temperaturu