"Azərbaycan-Ermənistan sərhəddinin delimitasiyası üzrə komissiya mümkün qədər tez fəaliyyətə başlamalıdır
"Azərbaycan-Ermənistan sərhəddinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiya mümkün qədər tez formalaşdırılmalı və fəaliyyətə başlamalıdır. Bu prosesdə rəsmi Bakı və İrəvana konsultativ yardım göstərməyə hazırıq".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya diplomatiyasının 2021-ci il üzrə fəaliyyətinin nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib.
O deyib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə qoşulmaq istəyən hər kəs tərəflərin maraqlarını nəzərə almalıdır: "Rusiya Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə qoşulmaq istəyən hər kəsin tərəflərin maraqlarından çıxış etməli olduğuna və Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatı nəzərə almalı olduğuna tərəfdar çıxış edir".
Diplomat vurğulayıb ki, bu il Rusiya ilə MDB ölkələrinin çoxu, o cümlədən Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur. "Biz silsilə yubiley tədbirlər hazırlayırıq. Bu tədbirlərin mədəni-maarifləndirici xarakter daşıdığını nəzərə alsaq, onların ictimaiyyət üçün maraqlı olacağını düşünürük".

Saatına 1 000 manat alan psixoloqlar: Bu qiymətləri kim və necə təyin edir?
Trampa İrandan şok: Razılaşmaya imza atdıqdan bir saat sonra
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Yunan nəşri: İsrail ermənilərə görə geri çəkildi, Azərbaycan
Azərbaycan nefti ucuzlaşdı
Yarımfinal oyunları nə vaxt olacaq?
Çimərlikdə boğulan Rəşadın fotosu
Şəmkirdə qadını elektrik cərəyanı vuraraq öldürüb
"Hakim İngiltərə millisini xilas etdi" - Erlinq Holandın atası
DÇ tarixində ilkə imza atdı
Bakıda PARTLAYIŞ oldu - Yaralılar var
11 yaşlı uşaq çaya düşdü
Bakıda qonşu mübahisəsi qətllə nəticələndi