Azərbaycan Ermənistan XİN-ə cavab verdi

Azərbaycan Ermənistan XİN-ə cavab verdiErmənistan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalı nəticəsində suveren ərazilərimizdə yaratdığı qondarma separatçı rejimin üzvlərinin Azərbaycan tərəfindən həbsinə etiraz olaraq 4 oktyabr tarixində verdiyi bəyanatı qətiyyətlə pisləyirik.
azxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Sözügedən bəyanat Ermənistanın Azərbaycana qarşı onilliklər ərzində yürütdüyü təcavüzkar siyasət və əməllərdən əl çəkmədiyini nümayiş etdirir. Bu bəyanat həmçinin həbsi həyata keçirilmiş şəxslər tərəfindən törədilmiş əməllərə bəraət qazandırılması cəhdidir.
Azərbaycana qarşı təcavüzdə, separatçılığın təşviq edilməsində, terror əməllərində, əsirlikdə olan hərbi qulluqçular və mülki şəxslərə qarşı sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlər törədilməsi və digər faktlar üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrilə başlanmış cinayət işi çərçivəsində qeyd edilən şəxslərin həbsi ədalətin bərpasına xidmət edir və bu addımların legitimliyinin şübhə altına alınması qəbuledilməzdir.
Qeyd edilənlərlə yanaşı, tərksilaha razı olan minlərlə Ermənistan hərbçilərinin və qanunsuz hərbi birləşmələrin Azərbaycan tərəfindən humanist addım olaraq sərbəst buraxıldığı və heç bir maneə olmadan Ermənistana getdiyi Ermənistan XİN-nə yaxşı məlumdur və bu xüsusda Ermənistanın apardığı saxta kampaniyanın heç bir əsası yoxdur.
Azərbaycanın Qarabağ bölgəsindən könüllü əsasda Ermənistana getmiş erməni sakinlərin öz yaşayış yerlərinə geri qayıtmasını təşviq etmək əvəzinə, onlar arasında təşviş yaratmaq və Azərbaycana qarşı irqi və etnik nifrət aşılamaq məqsədi daşıyan bu bəyanat Ermənistanın sülh səylərinə mane olan destruktiv fəaliyyətinin tərkib hissəsidir.
Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində düçar olduğu uğursuzluqlara rəğmən yenə də əsassız olaraq və beynəlxalq hüququn norma və prinsiplərinə zidd şəkildə məhkəmə qarşısında iddialar irəli sürməkdə davam etməsi bu ölkənin Azərbaycanla sülh və normallaşma prosesində maraqlı olmadığını nümayiş etdirir.
Ermənistanın bu kimi fəaliyyəti bölgədə sülhün, təhlükəsizliyin və ədalətin bərqərar olmasına əsas təhdid mənbəyidir.

Siyasi       Tarix: 04 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığ

Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı

DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib. Bu barədə -a Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən məlumat verilib. Bildirili

Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman "Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xal

Ərdoğan sabah ABŞ-yə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah ABŞ-yə səfər edəcək. xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Qeyd olunub ki, Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasını

Daşlara həkk olunan tarix: Alban irsi üzərində mübarizə

Tarix bəzən kitab səhifələrində deyil, daşların yaddaşında yaşayır. Qarabağ və Şərqi Zəngəzur ərazisindəki xristian memarlığı nümunələri də məhz belə bir yaddaşın daşıyıcılarıdır. Xudavəng, Gəncəsər, Arzu Xatun kilsəsi v

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil

Prezident İlham Əliyev Türkiyə və Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkəni tapmaq mümkün olmadığını söyləyib. Dövlət başçısı bunu TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

Tramp İlham Əliyevdən sitat gətirdi

Ağ Evin rəhbəri Donald Tramp bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev İrəvan ilə Bakı arasındakı münaqişənin nizamlanmasında amerikalı həmkarının rolunu qeyd edib. xəbər verir ki, bu barədə Tramp Nyu-Yorkda BMT Ba

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Nyusmaks"a (Newsmax) müsahibəsində


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam az xeberler sonxəbərlər dunya xeberleri xəbərlər.com