Azərbaycan Ermənistanın təxribatlarına və hadisəni təhrif etməsinə alışıb' - Politoloq

Azərbaycan Ermənistanın təxribatlarına və hadisəni təhrif etməsinə alışıb' - PolitoloqXəbər verdiyimiz kimi, Ermənistan Xarici İşlər Nazirliyi 13 dekabr 2022-ci il tarixli, Şuşa-Laçın yolunda son vəziyyətlə əlaqədar Azərbaycan tərəfini ittiham edən bəyanat yayıb.
Rəsmi İrəvan bəyanatda Azərbaycan tərəfini Laçın yolunu bağlamaqda və üçtərəfli bəyanatı pozmaqda ittiham edir. 
Diqqətçəkən məqam isə Ermənistan XİN-in bəyanatı ilə paralel, xaricdə fəaliyyət göstərən erməni diasporu və lobbisi də Laçın-Şuşa yolunun bir hissəsində "Ekoloji terrora son" şüarı altında keçirilən etiraz aksiyasının məğzini təhrif edən kampaniyaya başlamasıdır. 
Bu məqamda isə belə anlaşılır ki, ermənilər yenidən dezinformasiya maşınıni işə salıblar.
Məsələ ilə bağlı azxeber.com-a danışan politoloq Turan Rzayev bildirib ki, prinsip etibarilə həm Ermənistanın əsassız bəyanat irəli sürəcəyi, həm də erməni lobbisi və diasporunun xarici ölkələrdə aksiyaların məğzini təhrif edərək dezinformasiya xarakterli iddialar ilə çıxış edəcəyi gözlənilən idi.
Bənzər prosesləri iki il öncə 44 günlük Vətən Müharibəsi gedişində də müşahidə edirdik:
"Misal üçün erməni lobbisi və diasporu artıq Avropanın və dünyanın bir sıra nüfuzlu təşkilatlarına, siyasi dairələrinə həqiqəti əks etdirməyən iddialar ilə müraciət edib. Diqqətçəkən məqam isə ermənilərin müraciətlərində qeyd etdikləri 44 günlük müharibə zamanı irəli sürdüyü "əsaslar" ilə eynilik təşkil etməsidir. Misal üçün "Xankəndinə qaz verilişi dayandırılıb", "Enerji təchizatı, benzin və dizel yanacağı, zəruri ərzaq təminatı kəsilib", "tibbi ləvazimatlar bir neçə günə qurtaracaq", "İrəvana aparılması planlaşdırılan ağır xəstələr var" və s. Yəni nə iddialar dəyişib, nə prosesləri manipulyasiya etmək cəhdləri, nə də antiazərbaycan kampaniyaları.
Ümumiyyətlə, Ermənistan 10 noyabr bəyanatının 4-cü bəndinə zidd olaraq silahlı qüvvələrini hələ də Azərbaycan ərazilərindən çıxarmayıb. Bəyanatın 6-cı bəndə zidd olaraq isə Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə edir. 9-cu bəndə zidd olaraq isə bölgədə bütün nəqliyyat-kommunikasiya yollarının açılmasına maneçilik törədir".
Politoloq bildirib ki, ermənilər Azərbaycanın Qarabağda "humanitar fəlakət" törətdiyini bəyan ediblər.
"Erməni tərəfinin bu iddia ilə çıxış etməsinin əsas səbəbi Laçın yolunun bağlanmasıdır. Əslində isə Laçın yolu Azərbaycan tərəfindən deyil, ərazilərində müvəqqəti yerləşmiş Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. 
Bununla belə Azərbaycan tərəfi rəsmi şəkildə elan etdi ki, ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır.
O ki qaldı Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyasına, aksiyalar Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına və ekologiyaya dəyən zərərə haqlı narazılığının nəticəsidir".
Siyasi şərhçi əlavə edib ki, Azərbaycan artıq Ermənistanın bu cür yalan təhriflər etməsinə alışıb:
"Azərbaycan artıq erməni tərəfinin bu və ya başqa formada təxribatlarına, dezinformasiya yaymasına, hadisəni təhrif etməsinə alışıb. Buna görə də hər zaman erməni tərəfindən bir addım öndəyik. Məsələ ondadır ki, Bakı ermənilərin bu addımının qarşısını almaq üçün də müvafiq addımlar atıb.
Birincisi, əvvəldə də qeyd etdiyim kimi Bakı rəsmi şəkildə elan etdi ki, ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır. Bu ermənilərin Azərbaycan Qarabağda "humanitar fəlakət" törədir iddiasını çürütməyə kifayət edir. 
İkincisi, Azərbaycan ölkədə fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinə hadisə ilə bağlı lazımi məlumatları verib. Bu da öz növbəsində rəsmi Bakının İrəvanın yaratmaq istədiyi beynəlxalq təzyiqlərin qarşısını almağa yönəlib".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 14 dekabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Deputatlar süni intellektdən necə istifadə edir? - SORĞU

Süni intellekt artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar müxtəlif sahələrdə işlərini asanlaşdırmaq, məlumat əldə etmək və vaxt qazanmaq üçün süni intellekt alətlərindən istifadə edirlər. Milli Məclisi

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". xəbər verir ki, bu sözlər

Tramp İlham Əliyevdən sitat gətirdi

Ağ Evin rəhbəri Donald Tramp bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev İrəvan ilə Bakı arasındakı münaqişənin nizamlanmasında amerikalı həmkarının rolunu qeyd edib. xəbər verir ki, bu barədə Tramp Nyu-Yorkda BMT Ba

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeber.az cəbhədən son dəqiqə xəbər.az xeber.az son xeberler