Azərbaycan gənclər və könüllülər təşkilatlarının BƏYƏNATI

Azərbaycan gənclər və könüllülər təşkilatlarının BƏYƏNATIAzərbaycan Respublikası XXI əsrə bütün istiqamətlərdə sürətli inkişaf tempi ilə qədəm qoymuşr.
Son 20 il ərzində ölkədə iqtisadiyyat, hərbi quruculuq, elm, təhsil, mədəniyyət, sosial rifah və digər sahələrdə olduğu kimi gənclər siyasəti sahəsində də ciddi irəliləyişlərə nail olunub. Bütün bu nailiyyətlər, birmənalı olaraq, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali baş komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən və qətiyyətli, müdrik liderlik keyfiyyətlərinə söykənən uğurlu siyasətin nəticəsidir. Dövlət başçımızın rəhbərliyi altında ötən 20 il ərzində Azərbaycanın dövlətçilik tarixi misli görünməmiş parlaq qələbələrlə zənginləşib.
20 il bundan əvvəl Azərbaycan Respublikası Prezidentinin andiçmə mərasimində "Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyondan artıq qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan heç vaxt torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır" söyləyən cənab Prezident ali siyasi rəhbər funksiyalarının icrasına başladığı ilk gündən Azərbaycanı və Azərbaycan xalqını bəyan edilmiş bu hədəfə doğru inamla aparmışdır. Azərbaycanda ötən illər ərzində aparılan iqtisadi, siyasi və hərbi islahatlar hər bir azərbaycanlı kimi biz gənclərin də ülvi arzusu olan ərazi bütövlüyümüzün bərpasını təmin etmişdir. 2020-ci il sentyabrın 27-də başlayan və cəmi 44 gün ərzində davam edən Vətən Müharibəsində parlaq qələbəmiz məhz bu islahatların və qətiyyətli liderliyin sayəsində mümkün olub. 
Sözün əsl mənasında müstəqil olan, öz xarici və daxili siyasətini özü müəyyən edən dövlətimiz ötən 20 il ərzində mühüm iqtisadi tərəqqiyə nail olmuş, ümumi daxili məhsulumuz dəfələrlə artmış, nəticədə Azərbaycan yoxsul və yardım qəbul edən ölkədən inkişaf etmiş donor ölkəsinə çevrilmişdir. Təbii ki, iqtisadi artım biz Azərbaycan gənclərinin də rifahına və inkişafına müsbət təsir etmiş və gənclər qarşısında geniş imkanlar açmışdır. Dövlət Başçımızın rəhbərliyə gəldiyi ilk vaxtdan öz siyasətində gənclərə və könüllülərə mühüm yer ayırması və onların himayədarı kimi çıxış etməsinin nəticəsi idi ki, gənclərimiz istər torpaqlarımızın 30 illik işğaldan azad olunmasında, istərsə də ölkəmizin iqtisadi, elmi, mədəni inkişafında mühüm töhfə vermək qabiliyyətini layiqincə nümayiş etdirmişlər. 
Biz, ətrafında yüz minlərlə gəncləri və könüllüləri birləşdirən gənclər və könüllülər təşkilatları Liderimizin bütün istiqamətlərdə fəaliyyətini dəstəkləyir və atılan hər bir addımda həmrəyliyimizi ifadə edirik. Qalib dövlətin gəncləri və könüllüləri olaraq biz ölkəmizin gələcəyinin dünya miqyasında sayılan və hörmət edilən güclü liderlə bağlı olduğunu anlayır və ölkəmizi növbəti parlaq zəfərlərə doğru aparan yolda Müzəffər Ali baş komandanla hər zaman olduğu kimi yanaşı addımlamağa hazır olduğumuzu bəyan edirik. İlham Əliyev–gənclər birliyi sarsılmazdır! / azxeber.com

Sosial       Tarix: 14 oktyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind


azerbaycan xeberleri son xeberler yeni xeberler krimnal bugun cəbhədən son xəbərlər 2026 ən son xəbər xeberler bu gun