Azərbaycan Gürcüstanla birgə müştərək turizm marşrutu yaradır
"Mədəni turizm marşrutlarının yaradılması ilə bağlı işlər görürük. Bu istiqamətdə Gürcüstanla birgə "Əli-Nino" turizm marşrutu hazırlayırıq".
Bunu "Report"a Dövlət Turizm Agentliyinin Azərbaycan Turizm Bürosunun (ATB) nümayəndəsi Şərifə Həsənova bildirib.
O vurğulayıb ki, bu layihəni Gürcüstanla birgə hazırlayırıq: ""Əli-Nino" həm Azərbaycanın, həm də Gürcüstanın müəyyən ünsürlərini birləşdirir. Layihəni həyata keçirtməkdə məqsədimiz Avropadan gələn turistlər üçün həm Azərbaycana, həm Gürcüstana səyahət etmək şansı yaratmaqdır. Çünki avropalı turistlər adətən Qafqaz ölkələrini bir turizm marşrutunda görmək istəyirlər. Bu marşrutla turistlər Azərbaycanda Bakını, Gəncəni gələcəkdə isə Şuşanı görmək şansı əldə edəcəklər. Gürcüstanda səyahət ediləcək yerləri isə Gürcüstan tərəfi hazırlayır və əsas istiqamət Tibilisi olacaq. "Əli-Nino" turizm marşrutu bu il üçün nəzərdə tutulur. Hazırda layihənin üzərində işlər aparılır".
Ş.Həsənova deyib ki, növbəti il üçün hədəflərimizdən biri müştərək turizm marşrutların yaradılmasıdır: "Avropalı turistlər Qafqazı ümumi bir yerdə görmək istəyirlər ona görə bu cür turizm marşrutlarına ehtiyac var".

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı