Azərbaycan hotellərində bayram günləri ərəfəsində son vəziyyət necədir?

Azərbaycan hotellərində bayram günləri ərəfəsində son vəziyyət necədir?Azərbaycan hotellərində bayram günləri ərəfəsində son vəziyyət necədir?
Gələn həftə bütün müsəlman dünyası müqəddəs Qurban bayramını qeyd edəcək. Bununla əlaqədar olaraq bir çox ölkələrdə, o cümlədən Azərbaycanda bir neçə günlük tətil elan edilib. Həmin günlərdə ənənəvi olaraq turizm xidmətlərinə tələb adi günlərə nisbətən daha yüksək olur. Bəs bu il Azərbaycanda vəziyyət necədir?
Məsələ ilə bağlı Azərbaycan Hotel Assosiasiyasından "Report"a bildirilib ki, tətil günləri üçün hotellərin doluluq səviyyəsi artıq orta hesabla 60-70%-ə çatıb:
"Hətta bayramın ilk 3 günündə bəzi hotellərdə doluluq səviyyəsi 90% təşkil edir. Rezervasiya edənlərin əksəriyyəti yerli sakinlərdir, yalnız Qəbələdə əsasən ərəb ölkələrindən olan qonaqlardır".
Bildirilir ki, hotellərin rezervasiyası əsasən turizm agentlikləri və onlayn platformalar vasitəsilə edilib:
"Çox az halda hotellərə birbaşa zəng edərək bron edirlər. Yerli turistlərlə olan təcrübə isə onu göstərir ki, son anda hotelləri bron edirlər, bunun hesabına onların doluluq səviyyəsi bayram günlərində 100% təşkil edir".
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, eyni zamanda Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi açıqlamasında bildirib ki, ölkədə Qurban bayramının qeyd edilməsi ərəfəsində və ümumilikdə yay mövsümünün başlaması ilə regionlarda turizm xidmətlərinə, xüsusilə də hotellərin və digər yerləşdirmə vasitələrin xidmətlərinə tələb yüksəkdir.
"Bir sıra iri və 5 ulduzlu hotellər qeyd olunan günlərə satışlarını dayandırıb, yaxud da qiymətləri artırıb. Bu da yerlərin sayının az, tələbatın yüksək olduğunu göstərir. Ümumiyyətlə bayram və istirahət günlərində, mövsüm zamanı turizm xidmətlərinə tələbatın artdığından təkliflərin bahalaşması normal təcrübə hesab edilir", - S.Dübəndi qeyd edir.
Assosiasiya rəhbəri bildirib ki, "Şahdağ" Turizm Mərkəzinin ərazisində fəaliyyət göstərən hotellərdən bəziləri satışlarını dayandırıblar, 4 ulduzlu hotellərdən birində 26 iyun tarixinə 1 otaq (səhər yeməyi daxil olmaqla) 205 manata təklif edir. Bu ərazidə ən aşağı qiymət 109 manatdır.
Digər regionlarda 5 ulduzlu hotellərin qiymətlərinə (1 otaq üçün) toxunaraq, o qeyd edib ki, Şəkidə 312 manat, İsmayıllıda (Basqal qəsəbəsində) 396 manat, Lənkəranda 360 manat, Qubada 425 manatdır.
"Bakı şəhərində fəaliyyət göstərən 5 ulduzlu hotellərdə qiymətlər 240-1200 manat arası dəyişir. Digər kateqoriyalı hotellərdə qiymətlər daha ucuz, təxminən 45-130 manat arasındadır", - S.Dübəndi əlavə edib.
O vurğulayıb ki, ümumilikdə Azərbaycanda turizm sənayesi sürətlə bərpa olunur və bu statistika ilə də təsdiq olunur:
"May ayında gəlmə turizmdə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 38%, yanvar-may aylarında isə 52% artım müşahidə edilib".

Turizm       Tarix: 24 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI. "Ötən il Azərbaycandan Ümrə ziyarətinə gedən zəvvarların sayı 15 min nəfəri keçib". "Report" xəbər verir ki, bunu Bakıda səfərd

Milli Aviasiya Akademiyası Kapadokya Universiteti ilə birgə AZAL üçün mütəxəssislər hazırlayacaq

Milli Aviasiya Akademiyası Kapadokya Universiteti ilə birgə AZAL üçün mütəxəssislər hazırlayacaq. "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin nəzdində fəaliyyət göstərən Milli Aviasiya Akademiyası (MAA) Türkiyəni

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO. Frankfurt-Maynda keçirilən nüfuzlu "Passenger Terminal Expo 2024" konfransında "Azərbaycan Hava Yolları"

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO. Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatın

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik. "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıql

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO. Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutlarının yaradılması çoxdan müzakirə olunan mövzudur. Keçən il Azərbaycan-Türkiy

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO. Fəridə Babayeva Azərbaycanın ən gənc xanım dağçısıdır. O, hələ 13 yaşı olanda Quba rayonunun Xınalıq kəndi yaxınlığında

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) aprelin 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfində


son xeberler yeni xeberler azerbaycan xeberleri azerbaycanda son xeberler son xabarlar azerbaycan son xeber bugun oxu.az xeberler