Azərbaycan ilə Yaponiya arasında ikiqat vergitutma aradan qaldırılır - FOTO
Azərbaycan ilə Yaponiya arasında ikiqat vergitutma aradan qaldırılır - FOTO
Yaponiya ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya müzakirə edilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatında bildirilib ki, son illər ikiqat vergitutmanın aradan qaldırılmasını nəzərdə tutan sazişlər şəbəkəsi əhəmiyyətli dərəcədə genişlənib.
Belə ki, Azərbaycanın imzaladığı 55 sazişdən 54-ü qüvvəyə minib. Qalan 1 saziş isə müvafiq prosedurlar tamamlandıqdan sonra qüvvəyə minəcək.
Qeyd edilib ki, ölkələrimiz arasında yeni Konvensiyanın bağlanması həm Yaponiya, həm də Azərbaycan sərmayəçilərinə əlverişli şəraitin yaradılması və xarici iqtisadi fəaliyyətin təşviqi baxımından böyük əhəmiyyət kəsb edəcək. Eyni zamanda, Konvensiya layihəsi hər iki ölkənin vergi orqanları arasında vergilərdən yayınmanın qarşısının alınması sahəsində əməkdaşlıq və məlumat mübadiləsinin təşkil edilməsini təmin edəcək.
Yaponiya tərəfi Azərbaycanın bu təklifini yüksək qiymətləndirib və Konvensiya layihəsi üzrə müzakirələrin aparılması üçün hər iki ölkənin səlahiyyətli qurumlarının ekspertləri arasında görüşün təşkil olunmasını məqbul hesab edilib.
Fevralın birinci ongünlüyündə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ekspertləri ilə Yaponiyanın Maliyyə Nazirliyinin ekspertləri arasında videokonfrans vasitəsilə görüş təşkil olunub və Konvensiya layihəsi üzrə müzakirələr aparılıb.
Qarşılıqlı anlaşılma mühitində keçən danışıqlarda Konvensiyanın əsas müddəaları müzakirə edilib. Konvensiya layihəsi üzərində iş davam edəcək.

Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR