Azərbaycan-İraq əlaqələrinin genişləndirilməsində böyük imkanlar və potensial var

Azərbaycan-İraq əlaqələrinin genişləndirilməsində böyük imkanlar və potensial varDiplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəri
Azərbaycanın İraqla dostluq tarixi qədimdir. Hələ 1979-cu ildə Bakının və Bəsrənin qardaşlaşmasına dair sənəd imzalanmışdır. Bundan başqa,1994-cü il oktyabrın 21-də Bağdadda Azərbaycan və İraq Respublikasının Mədəniyyət və İnformasiya Nazirlikləri arasında əməkdaşlıq sazişi imzalanmışdır. Azərbaycanın mədəniyyət və incəsənət xadimləri İraqda keçirilən Babil festivallarında iştirak edirlər. İraq tərəfi, daima Azərbaycanla kənd təsərrüfatı, neft sənayesi, təhsil və din sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirmişdir. 
Xatırlatmaq istəyirəm ki, hələ 2002-ci ildə Azərbaycan tərəfi ölkələr arasında imzalanması nəzərdə tutulmuş iqtisadiyyat, ticarət, elm və texniki əməkdaşlıq haqqında saziş layihəsini İraq Respublikasının Bakıdakı səfirliyinə təqdim etmişdir.
Yaxın və Orta Şərqdə, dünya siyasətində son illər ən mühüm amilə çevrilmiş İraqla münasibətlərə də Azərbaycan xüsusi əhəmiyyət verir. İraq Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 2-də tanımış, həmin ilin mart ayında ölkələrimiz arasında diplomatik münasibətlər qurulmuşdur. İraqın diplomatik nümayəndəliyi Azərbaycanda hələ sovet hakimiyyəti dövründə Baş Konsulluq səviyyəsində uzun illər fəaliyyət göstərmiş və 1992-ci ildən səfirlik statusuna qaldırılmışdır. Azərbaycanın İraqla əlaqələri elm, təhsil, mədəniyyət sahələrini əhatə etmiş, siyasi münasibətlər Bakıda fəaliyyət göstərmiş İraq səfirliyi, BMT, İKT çərçivəsində həyata keçirilmişdir. 
Bir sözlə, indiyədək Azərbaycanla İraq müxtəlif beynəlxalq platformalarda sıx əməkdaşlıq ediblər. O cümlədən hər iki ölkə BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında daim sıx təmaslar qurublar və bir-birinin  suverenliyini, ərazi bütövlüyününü dəstəkləyiblər.
Yerigəlmişkən, Azərbaycan-İraq əlaqələrinin genişləndirilməsi sahəsində böyük imkanlar və potensial vardır. İraq yaxın gələcəkdə Azərbaycanın apardığı xarici siyasət xəttində prioritet istiqamətlərdən biri ola bilər.  Yuxarıda göstərilən amil nəinki iqtisadi potensiala, həmçinin, ortaq dəyərlərə əsaslanır. Hələ Vətən müharibəsindən əvvəlki illərdə də İraqın beynəlxalq təşkilatlar, xüsusilə də, İKT çərçivəsində Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün aradan qaldırılmasında, işğal olunmuş ərazilərin azad edilməsi və qaçqınların öz doğma torpaqlarına qayıtmasını tələb edən qətnamələrin qəbul edilməsində Azərbaycanın mövqeyini dəstəkləməsi beynəlxalq siyasətdə əhəmiyyət kəsb edən amillərdən və islam aləmində, o cümlədən, ərəb dövlətlərində ictimai rəyin formalaşmasına güclü təsir göstərmişdir. Yaxşı haldır ki, hazırda həm Azərbaycan, həm də İraq tarixi zəmin üzərində qarşılıqlı münasibətlərin genişləndirilməsinə böyük maraq göstərirlər.
Bu baxımdan, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin noyabrın 19-da Azərbaycana rəsmi səfərə gəlməsi də mühüm əhəmiyyət daşıyır.   
Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib, Azərbaycan və İraq arasında bir sıra sənədlər imzalanıb. Öz çıxışında Prezident İlham Əliyev ölkələrimiz arasında  diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk səfərini tarixi səfər adlandırıb, bu səfərin ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcəyinə və əməkdaşlığımızda yeni səhifə açacağına əminliyini bildirib. 
Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət Azərbaycanın dünya birliyindəki nüfuzunu getdikcə artırır. Xüsusilə, Ermənsitan üzərindəki tarixi Qələbəmizdən sonra  ölkəmizin dünya miqyasındakı mövqeyi daha da möhkəmlənmiş, reytinqi yüksəlmişdir. Son illər Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı xeyli artıb. Yuxarıda qeyd etdiyim kimi, bir neçə gün əvvəl İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun daha bir göstəricisidir. Onu da qeyd edim ki, bu, diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. İnanırıq ki, bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin daha da güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq.
İman ABDUYEV, politoloq / azxeber.com

Siyasi       Tarix: 24 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbər cəbhədən son durum kriminal xeber xeberler azerbaycan