Azərbaycan İsrail silahları ilə əlini daha da gücləndirir - FOTO/VİDEO

Azərbaycan İsrail silahları ilə əlini daha da gücləndirir - FOTO/VİDEOAzərbaycan İsrail silahları ilə əlini daha da gücləndirir - FOTO/VİDEO
Azərbaycanın İsraillə hərbi sənaye sahəsində əməkdaşlığı özünün pik nöqtəsinə çatıb. İsrailin "Meteor Aerospace" şirkəti ilə Bakı Gəmiqayırma Şirkəti ilə birgə müəssisə yaradıb, müəssisə "Caspian Meteor" adlanır.
"Caspian Meteor" xüsusi mülkiyyət statusunda yüksək texnoloji müdafiə şirkətidir.
Bu barədə şirkətin saytında bildirilir.
Azərbaycanda yerləşən müəssisə yerli sənaye potensialından və infrastrukturundan yararlanaraq milli müdafiə ehtiyacları üçün proqressiv həllər təqdim edir.
Səmadakı avtoritet
Azərbaycan İsrail silahları ilə əlini daha da gücləndirir - FOTO/VİDEOİsrailin "Meteor Aerospace" şirkəti pilotsuz uçuş aparatları, pilotsuz gəmilər, dəqiq zərbə endirən raketlər, hava hücumundan müdafiə sistemlərinin və peyklərinin yaradılması üzrə ixtisaslaşıb.
Beşinci nəsil silah istehsal edən "Meteor Aerospace" şirkətinin məşhur "obrazlarından" biri də "İmpact-700" pilotsuz uçuş aparatlarıdır. Bu səma avtoriteti innovativ dizayna malikdir və öz missiyasını optimallaşdırılmış şəkildə həyata keçirə bilir.
PUA kəşfiyyat, nəzarət missiyaları və yük daşımaq üçün nəzərdə tutulub.
Dənizdə pilotsuz gəmi
Azərbaycan İsrail silahları ilə əlini daha da gücləndirir - FOTO/VİDEOORCA pilotsuz gəmiləri "Meteor Aerospace"in məhsuludur. Birgə müəssisədə bu gəmilərin təkmilləşdirilməsi üzərində də "baş sındırılacaq".
ORCA limanların mühafizəsi, çay patrul xidməti həyata keçirmək və silahlı müşayiət funksiyasını özündə cəmləşdirən missiyaya malikdir. Sürəti saatda 60 uzla çatır.
Quruda "at oynadan"
Azərbaycan İsrail silahları ilə əlini daha da gücləndirir - FOTO/VİDEOŞirkətin hərbi təyinatlı "RAMBOW" avtomobili çoxmissiyalı sistemdir. Həm atəş aça bilir, həm logistik təchizata malikdir, həm də tibbi təxliyə üçündür.
Robot avtomobildə 360 dərəcə fırlanan kamera quraşdırılıb.
Texnika yolsuzluq şəraitində yüksək performans göstərmək, maneələri avtomatik aşkarlamaq qabiliyyətlərinə malikdir.

Birgə müəssisənin əhəmiyyəti
Düşünmək olar ki, müəssisə İsrail silahlarının daha da modernləşdirilməsini və onların Azərbaycan Ordusunun balansına verilməsini hədəfləyir. Bununla da Azərbaycan müasir silahlarla əlini daha da gücləndirəcək.
Aqşin Kərimov

Siyasi       Tarix: 25 mart 2021
f Paylaş

Oxşar xəbərlər

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az bu gun hava proqnozu son xəbər metbuat xeberleri