Azərbaycan istehsalı olan məhsulla ilkə imza atıldı - FOTOLAR

Azərbaycan istehsalı olan məhsulla ilkə imza atıldı - FOTOLAR"AZCHEMCO" şirkəti özünə aid formulalarla bitkilər üçün gübrə və dərman istehsalçısı olaraq Azərbaycan tarixində ilk dəfə tərkibində texniki elementlər olan, suda həll olunan toz gübrələrin (NPK) istehsalına başlayır, həmçinin şoran torpaqlarla bağlı problemlərin həlli üçün layihə təqdim edir.
Oxu.Az-ın məlumatına görə, bunu bugünkü konfransda əldə edilən uğuru açıq şəkildə nümayiş etdirən şirkət rəhbərliyi bildirdi.
Şirkətin təsisçilərindən olan Levent Özdemir layihə ilə bağlı məlumat verməzdən əvvəl açılış nitqi edib:
"Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində gözəl Qarabağımızın 44 gün ərzində azad olunması Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsində də yeni reallıqlar, möhtəşəm perspektivlər vəd edir. Fürsətdən istifadə edərək Vətən müharibəsində şəhid olmuş vətən oğullarına Allahdan rəhmət, qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmalarını diləyirik!
Azərbaycan istehsalı olan məhsulla ilkə imza atıldı - FOTOLARTəsadüfi deyil ki, "AZCHEMCO" şirkətinin loqosunu Qarabağ atı bəzəyir. Qarabağ atı məğrurluq, dözümlülük və əzəmət rəmzidir. Loqo Qırat timsallı bu Qarabağ atının Şuşada, Cıdır düzündə şahə qalxmasından ilhamlanaraq yaradılıb". 
Xatırladaq ki, Prezident İlham Əliyevin göstərişi ilə ölkə iqtisadiyyatında qeyri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektoru ötən dövr ərzində iqtisadiyyatın əsas sektorlarından biri kimi müəyyənləşdirilib və görülmüş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sahənin inkişafı üçün əlverişli şərait yaradılıb.
"AZCHEMCO" MMC-nin kənd təsərrüfatı sahəsində ilk addımlar atmasına baxmayaraq, bu sahədə yüksək və müasir texnologiyaların tətbiqi nəticəsində kənd təsərrüfatının yüksək texnoloji sahəyə çevrilməsi yönündə fəaliyyət göstərməkdədir. Məhz bu cür yanaşma kənd təsərrüfatında modernləşməni öz fəaliyyətində prioritet qəbul etmiş "AZCHEMCO" şirkətini bu sahədə dünya liderləri ilə əməkdaşlığa sövq etdirir və ölkəmizdə müasir əkinçilik metodlarını tətbiq etmək məqsədilə yola çıxılıb.
Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar Azərbaycanın müasir şəraitdə yeni iqtisadi inkişaf modelinin formalaşmasına xidmət edir. Ölkədən əsassız valyuta və milli kapital axınının qarşısının alınması məqsədilə yerli istehsalın inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması, xüsusən torpaqlarımızı işğaldan azad etdikdən sonrakı dövr üçün daha önəmli faktordur. "AZCHEMCO" şirkəti keyfiyyət göstəricilərinə görə dünya şöhrətli şirkətlər ilə rəqabət edə biləcək pestisidlər, bioloji preparatlar və gübrələr istehsal edir. İstehsal etdiyimiz məhsullar dünya şöhrətli "SGS" şirkətinin laboratoriyalarında yoxlanılaraq təsdiq edilir. Hər il ölkəmizə kənd təsərrüfatında istifadə məqsədilə külli miqdarda pestisidlər, bioloji preparatlar və gübrələr idxal olunur ki, bu da əsassız valyuta və milli kapital axınına şərait yaradır, ölkəmizin kənd təsərrüfatını idxaldan asılı vəziyyətə salır. Fikrimizcə kənd təsərrüfatının aparıcı şirkətlərindən biri olaraq "AZCHEMCO" bu prosesə laqeyd qalmamalıdır.
Şirkətin təmsilçisi vurğulayıb ki, "AZCHEMCO" olaraq icraatımızda olan hər bir layihəyə çox həssaslıqla yanaşır, bu istiqamətdə bütün resurslarımızdan, müasir texnologiyalardan istifadə edərək və əsas qayda - ekoloji təmizlik hər şeydən önəmlidir prinsipinə riayət edərək son nəticəyə çatmaq bizim başlıca missiyamızdır. 
Azərbaycan istehsalı olan məhsulla ilkə imza atıldı - FOTOLARBildirilib ki, "AZCHEMCO" MMC bitki mühafizə vasitələri və kimyəvi maddələrin istehsalı ilə yanaşı istixanalar və digər əkin sahələrinin yaradılması işləri ilə də məşğul olur. Şirkət üçün prioritet sahələrdən biri də təmizlənmiş çirkab sulardan təkrar olaraq suvarmada istifadə və təmizlənmə prosesi zamanı yaranan bərk tullantılardan, heyvandarlıq sahəsindəki (böyükbuynuzlu heyvanların qanı, sümüyü, nəcisi və s.) istifadə olunmayan, ekologiyada mənfi təsirlər yaradan atıqlardan təbii gübrə istehsalıdır.
Bu gün tədbirin keçirilməsində əsas məqsəd şirkət tərəfindən hazırlanan "Drip Drop 369" məhsulunu dünyaya təqdim etməkdir.
Bildiyimiz kimi əkinçilikdə torpağın münbit və məhsuldar olması əsas faktorlardandır. Təəssüf ki, münbit və məhsuldar torpaqlar get-gedə şoranlaşmaqda və əkin üçün yararsız vəziyyətə düşməkdədir. Səthində və profilində bitki üçün çox miqdarda toksik duzlar olan torpaqlar şoran torpaqlardır. Havanın isti keçməsi nəticəsində su buxarlanır, toksik duzlar isə torpağın üst hissəsində toplanaraq onu şoranlaşdırır.
Azərbaycan istehsalı olan məhsulla ilkə imza atıldı - FOTOLARTədbir çərçivəsində çıxış edən Levent Özdemir qeyd edib ki, bu gün "AZCHEMCO" dünya əhalisinin kənd təsərrüfatı məhsulları ilə təminatının yaxşılaşdırılması, quraqlıq, ekologiya və aclıq problemlərinin həlli məqsədilə fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı FAO-nun təşəbbüslərinə cavab verməyə hazırdır:
"FAO ölkəmizdə ərzaq təhlükəsizliyinin artırılmasına şərait yaradan dayanıqlı qida və kənd təsərrüfatını təmin etmək, qida və kənd təsərrüfatı istehsalı sistemlərinin məhsuldarlığını artırmaq və kənd təsərrüfatı istehsalını şaxələndirmək istiqamətində Azərbaycan hökumətinin səylərini dəstəkləyir. "AZCHEMCO" cari ilin 23-24 sentyabrında "Qida Sistemləri Sammitində" BMT Baş katibi Antonio Quterreş və digər zirvə iştirakçılarının səsləndirdikləri quraqlıq, ekologiya və aclıq kimi qlobal problemlərin birgə həll edilməsi məqsədilə təcrübə mübadiləsinin aparılması üçün təşkilata üzv olmaq niyyətindədir!".
Heç kimə sirr deyil ki, torpağın su rejimi mütləq tənzimlənməlidir. Suvarma bitkinin suya olan tələbatını nəzərə almaqla, əsasən iqlim və torpaq şəraitinə uyğun olaraq aparılmalıdır. Dünyanın bir çox yerlərində suvarma hələ də primitiv qaydada aparılır, selləmə suvarma üsulundan daha geniş istifadə olunur. Belə olan halda sudan düzgün istifadə olunmur, həm çoxlu həcmdə su itkisinə yol verilir, həm də torpağın münbit qatının yuyulması prosesi baş verir. Digər tərəfdən selləmə suvarma nəticəsində su nisbətən aşağı səviyyədə yerləşən əkin sahələrində yığılaraq qrunt suyunun qalxmasına səbəb olur. Bu da öz növbəsində həmin sahədə torpağın şoranlaşmasına yol açır. Suvarma bitkinin suya olan tələbatını nəzərə almaqla, əsasən iqlim və torpaq şəraitinə uyğun olaraq aparılmalıdır. Bizə lazımdır ki, bitki torpaqda olan qida maddəsini mənimsəyə biləcək qədər su ilə təmin edilsin. Artıq su bitkinin normal qidalanmasına, maddələr mübadiləsinə mane olur. Bununla həm də normal tənəffüs prosesi pozulur. Artıq su verməklə biz bitki üçün çox vacib olan qida maddələrinin torpaqdan yuyulub getməsinə şərait yaratmış oluruq.
"AZCHEMCO" istehsalı olan "Drip Drop 369" məhlulu "Netafim" şirkətinin torpaqaltı damlama sistemlərindən istifadə zamanı torpaq altında PH səviyyəsini tənzimləyərək onu əkinə yararlı vəziyyətə gətirir, torpağın keyfiyyət göstəricilərini yüksəldir və ümumilikdə məhsuldarlığı artırır. 
Müasir dünyada şirin su çatışmazlığını və iqlim dəyişikliklərini nəzərə alaraq təqdim olunan torpaqaltı damlama sistemi və istifadə olunacaq "Drip Drop 369" məhlulu innovativ suvarma üsulu hesab ediləcək möhtəşəm tandem təşkil edir. Əkinçiliyə yararsız hesab edilən torpaqlar bu tandem sayəsində tam yararlı vəziyyətə gətiriləcək. 
"Drip Drop 369" məhlulu torpaqları yararlı vəziyyətə gətirməklə yanaşı, tərkibindəki xüsusi elementlər sayəsində damlama sistemlərinin özünü də təmizləyərək sistem daxilində su axınının stabil olmasını təmin edir və sistemin uzunmüddətli istismarına şərait yaradır. 
"Drip Drop 369" məhlulunu fərqləndirən əsas cəhətlərindən biri də torpaq qədər insan sağlamlığına verdiyi önəmdir. Tərkibində canlılara təsir edə biləcək heç-bir təhlükəli kimyəvi maddə mövcud deyil və buna baxmayaraq çox effektivdir. 
Azərbaycan istehsalı olan məhsulla ilkə imza atıldı - FOTOLARGördüyünüz şüşə akvarium içərisində torpaq nümunəsi mövcuddur. Damcı suvarma boruları torpağın 30 santimetr dərinliyindən keçir. Su verildikdən sonra bir saat ərzində borunun alt və yuxarı hissəsində 25 santimetr məsafəni əhatə edən torpaq anbardan suya qatılan "Drip-Drop 369" məhlulu ilə zənginləşdirilir, həm də onu düzgün qidalandırmaqla kənd təsərrüfatına yararlı torpaqlar dövriyyəsinə qaytarır.
Şirkət gələcəkdə damcı suvarma borularının da tamamilə ölkə daxilində istehsalını təmin etmək üçün investisiyalar etməyi planlaşdırır.
L.Özdemir əlavə edib ki, məhlulun tərkibində 10 faiz azot, 1 faiz fosfor, 30 faiz kükürd mövcuddur:
"Diqqətinizə çatdırım ki, kükürd yeganə elementdir ki, ərimir. Lakin, "AZCHEMCO" kükürdü əritməyi bacardı və şirkət bu məhsulla "Made in Azerbaijan" brendi altında dünya kənd təsərrüfatına ərimiş kükürdü hədiyyə etdi".
O vurğulayıb ki, Azərbaycanda da aqrar sahədə mütəxəssislər yetişdirmək üçün "AZCHEMCO" bu sahədə ixtisaslaşan gənclərə dəstək verəcək:
"Bu məqsədlə Dövlət Aqrar Universitetini ən yaxşı göstəricilərlə bitirmiş gənclər "AZCHEMCO"nun dəstəyi ilə bu sahədə ixtisaslaşacaq".
Şirkət artıq istehsal edəcəyi yeni məhsulların sertifikatlaşdırılmasını təmin edib və tezliklə Azərbaycanda texniki elementlərlə zənginləşdirilmiş suda həll olunan toz gübrələrin (NPK) ilk istehsalını açmağı planlaşdırır.
Azərbaycan istehsalı olan məhsulla ilkə imza atıldı - FOTOLARAzərbaycan istehsalı olan məhsulla ilkə imza atıldı - FOTOLARAzərbaycan istehsalı olan məhsulla ilkə imza atıldı - FOTOLAR

İqtisadiyyat       Tarix: 10 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Pensiya və maaşları istənilən bankdan ala biləcəyik

Azərbaycanda vətəndaşlar pensiya, əməkhaqqı və sosial ödənişlərini istədikləri bank vasitəsilə almaq imkanı əldə edəcəklər. APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Ödəniş Sistemləri Administrator

Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Təqaüdünü Birbank-dan alanlara şad xəbər var. Ölkənin ilk rəqəmsal bankı təqaüdçü müştəriləri üçün maliyyə xidmətlərinin əlçatanlığını daha da genişləndirib. Yeniliyə əsasən, təqaüdçülərin kredit əldə etmək üçün mümkün ola

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

Bu ilin may ayında Azərbaycanda ən çox meyvə bahalaşıb, tərəvəzlər isə ucuzlaşıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ay meyvələrin qiyməti əvvəlki ayla müqayisədə 1% artıb. Bununla yanaşı, minera

Azər Türk Bank və Bakı Ali Neft Məktəbi arasında Anlaşma Memorandumu imzalandı - FOTOLAR

Dövlət bankı Azər Türk Bank (ATB) və ölkənin nüfuzlu ali təhsil müəssisəsi olan Bakı Ali Neft Məktəbi (BANM) arasında Anlaşma Memorandumu imzalanıb. xəbər verir ki, qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərini müəyyən edə

TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi

Təhsilin İnkişafı Fondu, Kapital Bank və Mastercard-ın əməkdaşlığı ilə həyata keçirilən TəhsilPlus layihəsinin ilk kütləvi təqdimatı Gəncə-Daşkəsən regionunda baş tutub. Gəncə Dövlət Universitetində və Gəncə-Daşkəsən Regiona

Yelo Bank əməkhaqqı kartlarının sifarişi prosesini tam rəqəmsallaşdırdı

Yelo Bank biznes sahibləri və şirkət rəhbərləriüçün işprosesləriniasanlaşdıran, əməkdaşların məmnuniyyətiniartıranəməkhaqqıkartlarıxidmətini təqdim edir.Bankın təklifetdiyi funksional həllər sayəsində əməkhaqqıkartlarını

Bank Respublika "Ağır ol, qazan!" lombard kredit kampaniyasına start verdi

Həyatda elə məqamlar var ki, ağırlıq üstünlüyə çevrilir. Bəzən bu üstünlük etibar qazandırır, bəzən də əlavə imkanlar yaradır. Bank Respublika-da isə ağırlıq sizə daha çox qazandıracaq. Müştərilərini hər zaman maraqlı v

Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi

"Azercell Telekom" MMC müştəri müraciətlərinin idarə olunması sahəsində beynəlxalq standarta uyğunluğunu bir daha təsdiqləyib. Şirkət ISO 1002:2018 "Keyfiyyətin idarə olunması – Müştəri məmnuniyyəti – Müəssisələrd

"Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir" - Ekspert

"Ermənistanda seçkinin nəticəsi Paşinyanın taleyindən daha çox Ermənstanın gələcək istiqaməti və regionun yeni mərhələdə necə formalaşacağı ilə bağlı bir siqnaldır". Bunu -a açıqlamasında iqtisadçı Eldəniz Əmiro


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber.az 2026 son xeberler azerbaycan cəbhədən son dəqiqə xeberler azerbaycan