Azərbaycan-İtaliya əlaqələri uğurla inkişaf etdirilir

Azərbaycan-İtaliya əlaqələri uğurla inkişaf etdirilirHəyata keçirilən uğurlu daxili və xarici siyasi strategiyanın, bütün sahələr üzrə aparılan davamlı islahatların və atılan cəsarətli addımların nəticəsidir ki, artıq Azərbaycan nəinki yerləşdiyi coğrafi məkanın, hətta bütövlükdə Avrasiyanın real güc mərkəzlərindən biridir. Ölkəmizin dünyanın enerji təhlükəsizliyinə verdiyi mühüm töhfələr, iqtisadi qüdrəti, misilsiz logistik imkanları, eyni zamanda formalaşdırdığı yeni reallıqlar fonunda bölgəyə gətirdiyi sülh və təhlükəsizlik, regional əməkdaşlığın inkişafına təkan verir, ölkəmizə olan inamı artırır.
Azərbaycan dünyada etibarlı tərəfdaş, nüfuzlu dövlət kimi tanınır. Ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Elə buna görə də dünyada bir sıra nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən rəğbətlə qəbul edilir. Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır. Təsadüfi deyil ki, hazırda ayrı-ayrı dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir. Bunlardan biri də İtaliya Respublikasıdır. Azərbaycanın xarici siyasət kursunda İtaliya Respublikası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur. Cənubi Qafqazın ən güclü və modern dövləti, siyasi, iqtisadi və mədəni mərkəzi olan Azərbaycanı İtaliya ilə sıx əlaqələr bağlayır. İtaliya ilə münasibətlərin inkişaf dinamikası olduqca yüksəkdir və ölkələrimiz arasında müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələri daim genişlənir. Hər iki ölkəni möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır.
04 sentyabr 2024-cü il tarixdə Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri iki ölkə arasında strateji münasibətlərin inkişafı baxımından əhəmiyyətli olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliyaya səfəri həm regional, həm də beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyətə malikdir.
Səfər çərçivəsində keçirilən forumda "Ölkə Prezidenti qeyd etdi ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır. Ancaq marşrut boyu mövcud olan əlavələr və interkonnektorlar sayəsində bu kəmər daha geniş coğrafiyanı əhatə edir. Burada da artım üçün güclü potensial var. Bu gün biz ən azı üç Avropa ölkəsi ilə qaz təchizatına dair danışıqlar aparırıq". Bu görüş Azərbaycan Liderinin qətiyyətini, ölkənin mövqeyini bir daha nümayiş etdirdi. 
2018-ci ildə Prezident Sercio Mattarellanın Azərbaycana dövlət səfəri, Prezident İlham Əliyevin İtaliyaya 2020-ci ildə dövlət və 2022-ci ildə isə işgüzar səfərləri ölkələrimiz arasında münasibətlərin ən mükəmməl səviyyəyə yüksəlməsini təmin edib. "İtaliya Prezidenti Sercio Mattarellanın rəsmi dəvəti əsasında baş tutan səfərin məqsədi Prezident İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı ölkələrimiz arasında imzalanmış Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamənin icrası prosesində bir sıra sahələr üzrə aktual məsələlərin müzakirəsi, bu sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və nəticəyönümlü növbəti addımların müəyyən edilməsidir.                                                          
Həmçinin 2018-ci ildə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, 2019 və 2021-ci illərdə Milli Məclisin sədrlərinin İtaliyaya rəsmi səfərləri, İtaliya Senatı sədrinin, sədr müavininin, Deputatlar Palatasının sədr müavinlərinin Azərbaycana rəsmi səfərləri də daxil olmaqla, müxtəlif dövlət rəsmilərinin çoxsaylı qarşılıqlı səfərləri iki ölkə arasında yaxın siyasi münasibətlərin göstəriciləridir.     
İki ölkə arasında ikitərəfli əlaqələr enerji və ticarətlə məhdudlaşmır. Son bir neçə il ərzində iki ölkə arasında mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edib. İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlaması iki ölkə arasında əməkdaşlığın şaxələndirilməsinin gözəl nümunəsidir. Bu, gələcək əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edəcək.
Tarixi Zəfərlə bitən 44 günlük Vətən Müharibəsi Azərbaycanın xüsusilə də beynəlxalq nüfuzuna müsbət təsir etdi. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən geniş bərpa və yenidənqurma işlərinə Türkiyədən sonra ikinci ən çox İtaliya şirkətlərinin cəlb olunmasını da Azərbaycan - İtaliya dostluğunun təcəssümüdür. Ölkələrimiz arasındakı münasibətlər qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır. Ümumiyyətlə, Azərbaycan və İtaliya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. İki ölkə arasındakı yüksək siyasi dialoq hazırkı dövrlə yanaşı, gələcək illərdə də əlaqələrin şaxələnməsinə, beynəlxalq əhəmiyyətli məsələlərdə səmimi tərəfdaşlığa xidmət edir.
Naftalan şəhər sakini: Afət Mustafayeva / azxeber.com

Siyasi       Tarix: 10 sentyabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan "Tramp marşrutu"nun iki giriş və iki çıxışının Azərbaycanda olacağını bildirib. O, TRIPP-ın Azərbaycan sərhədindən başlayıb Azərbaycanın sərhədində bitəcəyini söyləyib. "Saziş

Prezident onları təltif etdi

Auditorlar Palatası üzvləri və əməkdaşları "Tərəqqi" medalı ilə təltif ediliblər. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, auditor fəaliyyətinin inkişafında xidmətlərin

Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq

Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, – problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, – arxada qoymuşuq. Bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzr

Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil

Prezident İlham Əliyev Türkiyə və Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkəni tapmaq mümkün olmadığını söyləyib. Dövlət başçısı bunu TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

Trampı qəzəbləndirən ADDIM: Kanada Aİ-yə qoşulur?

Kanadanın Baş naziri Mark Karni Avropa Parlamentində çıxışı zamanı bildirib ki, ölkəsi Avropa İttifaqının (Aİ) Kanadaya "assosiativ üzv" statusu verilməsi ilə bağlı ambisiyalarını "alqışlayır". KONKRET.azxəbə

İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır

"Avropa Parlamenti rüşvətxorlar yuvasıdır". Bu sözləri dövlət başçısı sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərlər

Kallas Putin və ya Lavrovun zənginə cavab verməyə hazır olduğunu bildirib

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiya Prezidenti Vladimir Putin və ya xarici işlər naziri Sergey Lavrovun ona zəng edəcəyi təqdirdə telefon danışığı aparmağ

Azərbaycan XİN Çilini təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çilini Müstəqillik Günü münasibətilə təbrik edib. KONKRET.azxəbər verir ki, bu barədə XİN-in X hesabında paylaşım edilib. "Çilini və xalqını Müstəqillik Günü münasibətilə səmim

Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür

Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri


yeni xeberler azerbaycan xeberleri son xeberler en sonxeber axsam.az xeberler cəbhədən son məlumat bu gunun xeberleri haqqinda melumat