Azərbaycan Jurnalistlər Şəbəkəsi: Erməni lobbisi medianı hədəfə almaqda davam edir

Azərbaycan Jurnalistlər Şəbəkəsi: Erməni lobbisi medianı hədəfə almaqda davam edirAzərbaycan Jurnalistlər Şəbəkəsi: Erməni lobbisi medianı hədəfə almaqda davam edir
Ermənistanın işğalçılıq siyasətini, təcavüzkarlığını, terrorçu dövlətin Azərbaycanın dinc əhalisinə qarşı təxribatlarını, terror aktlarını ifşa edən, ölkəmizin ədalətli mövqeyini işıqlandıran xarici media orqanları erməni lobbisi tərəfindən hədəfə alınır, onlar ölümlə təhdid edilir. Erməni lobbisi hətta neytral, balanslı mövqe nümayiş etdirən, onların maraqlarına cavab verməyən medianı, siyasətçiləri, ictimai fəalları hədəfə almaqda davam edir. Ən qəribəsi odur ki, bu yolverilməz hallar, əsasən Avropa ölkələrində yaşanır.
Bu sözlər Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyevin Ermənistan və erməni lobbisinin söz azadlığını boğmaq məqsədilə Ermənistan-Azərbaycan münaqişəsini obyektiv işıqlandıran beynəlxalq media orqanlarına və jurnalistlərə qarşı təhdid və təzyiqləri haqqında hesabatında yer alıb.
Qeyd edilib ki, sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribat törədib. İşğal olunmuş ərazilərimizdə yerləşən Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun bütün cəbhə xətti boyunca mövqelərini və yaxınlıqdakı yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından istifadə etməklə intensiv atəşə tutub, nəticədə mülki əhali və hərbçilərimiz arasında itkilər olub. Beynəlxalq hüquqa, xüsusən özünümüdafiə hüququna əsaslanaraq Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərində əks-hücum əməliyyatına başlayıb. 44 gün davam hərbi əməliyyatlar nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. 
"ATƏT-in Minsk qrupunun həmsədr ölkələrin dövlət başçılarının işğal olunmuş ərazilərdə status-kvonun qəbuledilməzliyi barədə bəyanatlarına baxmayaraq, Ermənistan hökumətinin destruktiv hərəkətlərinin məqsədi status-kvonun saxlanılması idi. Azərbaycan həmişə münaqişənin danışıqlar masası arxasında həll edilməsinə sadiq olub. Ancaq Ermənistan qeyri-konstruktiv mövqeyi ilə danışıqlar prosesini pozub. Belə ki, Ermənistan son bir ayda ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin vasitəçilik səyləri nəticəsində əldə olunmuş humanitar əsaslarla atəşkəs rejimini üç dəfə kobud şəkildə pozub. Rusiya Federasiyası Prezidentinin təşəbbüsü ilə xarici işlər nazirlərinin Moskva razılaşmasından cəmi bir gün sonra – oktyabrın 11-i gecə saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri Gəncədəki yaşayış məntəqələrinə raket hücumu həyata keçirib. Ermənistan silahlı qüvvələri kaset və fosfor bombaları kimi qadağan olunmuş silah-sursat növlərindən istifadə edərək, Azərbaycanın cəbhə bölgələrini davamlı top atəşi altında saxlamağa davam edib. Döyüş bölgəsindən kənarda yerləşən məntəqələrə də raket zərbələri endirilib. Azərbaycanda minlərlə yaşayış evi və yüzlərlə mülki infrastruktur obyekti, o cümlədən çox sayda məktəb və uşaq bağçası dağıdılıb və zədələnib. Mingəçevir şəhərində Cənubi Qafqazın ən böyük İstilik Elektrik Stansiyası Ermənistan silahlı qüvvələrinin raket hücumlarına məruz qalıb", - deyə hesabatda bildirilib.
A.Mirzəyev qeyd edib ki, Ermənistanın törətdiyi hərbi cinayətləri dünya mətbuatı geniş işıqlandırılıb. Lakin erməni diasporu Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqətləri işıqlandıran, obyektiv məlumat yayan, hətta neytral mövqe nümayiş etdirən, Ermənistanın və erməni diasporunun maraqlarına cavab verməyən media orqanlarını, jurnalistləri, ictimai fəalları hədəfə götürür, onlara ciddi təzyiqlər göstərir.
Yekunda bildirilib ki, Erməni lobbisinin azad sözə, ifadə azadlığına, jurnalistikanın obyektivlik, tərəfsizlik və qərəzsizlik prinsiplərinə qarşı açıq müharibə elan etməsi bizdə böyük narahatlıq yaradıb. Jurnalistləri ölümlə hədələmək Avropa dəyərləri, insan hüquqları ilə ziddiyyət təşkil edir. Söz və mətbuat azadlığına qarşı terror hədəsi ilə çıxış edənlər mütləq layiq olduqları cəzanı almalıdırlar. Eyni zamanda, beynəlxalq humanitar hüquq və BMT Təhlükəsizlik Şurasının 1738 (2006) və 2222 (2015) saylı qətnamələrinə əsasən, silahlı qarşıdurmalardakı jurnalistlər mülki insanlar kimi təsnif edilir və belə olduğundan mülki statuslarına mənfi təsir göstərən heç bir hərəkət etməmələri şərtilə dinc vətəndaşlara şamil olunan müdafiə ilə təmin edilməlidirlər. /oxu.az

Sosial       Tarix: 14 noyabr 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql


azerbaycan xeberleri yeni xeberler son xeberler bugünkü son xəbərlər sou xeberler bugun valyuta mezennesi banklar xabarlar