Azərbaycan könüllülərindən bayram sovqatı - FOTO
Azərbaycan könüllülərindən bayram sovqatı - FOTO
Bu gün, Müqəddəs Ramazan bayramı münasibətilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) təşəbbüsü ilə könüllülər paytaxt və regionlarda yaşayan 100-ə yaxın aztəminatlı ailə və tənha yaşayan ahıl vətəndaşları ziyarət edib, onlara bayram sovqatı çatdırıblar.
Azərbaycan Gənclər Fondundan bildirilib ki, Ramazan ayının ehtiva etdiyi yardımlaşma, xeyirxahlıq və həmrəylik kimi xüsusiyyətləri bu aksiya ilə bir daha nümayiş etdirən könüllülər COVID-19 pandemiyasının davam etdiyi dövrdə məhz birlikdə və məsuliyyətli olmaqla bütün çətinlikləri arxada qoyacağımızı öz yorulmaz fəaliyyətləri ilə sübuta yetirirlər.
Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına cavab olaraq, koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə könüllü hərəkat və təşkilatlarının təşəbbüsü ilə təsis edilib.
27 mart 2020-ci il tarixində formalaşan və fəaliyyətində "ASAN Könüllüləri" Təşkilatı, "Regional İnkişaf" İctimai Birliyi, "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, "Könüllü DOST" Proqramı, "Aqrar İnkişaf Könüllüləri" İctimai Birliyi, "Nəqliyyat Könüllüləri" Proqramı, "Formula 1 Azərbaycan Qran Prisi" Könüllülük Proqramı, "Miqrasiya Könüllüsü" İctimai Birliyi, "Könüllü gömrükçü" Dəstəsi, "Turizm Könüllüləri" Təşkilatı, "Ekokönüllüləri" Qrupu, "AFFA və Avro-2020" Könüllülər Proqramı, "Gənc Könüllülər" Hərəkatı və digər təşkilat və hərəkatların iştirak etdiyi Mərkəzin işinin əlaqələndirilməsi Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən həyata keçirilir.
Öz fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin "Biz birlikdə güclüyük!" şüarını rəhbər tutan AKƏM tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunub, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilib.
Bugünədək AKƏM-in təşkilatçılığı ilə keçirilən "Böyüklərimizi qoruyaq!", "Könüllü qonşu", "Könüllü donor", "Bir-birimizi qoruyaq!" kampaniya və aksiyalarında minlərlə könüllü iştirak edib.








Xidmetler [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb