Azərbaycan Könüllülərinin İnkişaf Proqramına start verilir - FOTO

Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Medianın İnkişafı Agentliyinin media tərəfaşlığı ilə könüllülərin fərdi və peşəkar inkişafının təmin olunması, müxtəlif istiqamətlərdə nəzəri və praktiki təcrübə imkanlarının artırılması, idarəetmə potensiallarının təkmilləşdirilməsi və karyera quruculuğunun formalaşdırılmasına dəstək məqsədilə keçirilən Azərbaycan Könüllülərinin İnkişaf Proqramının açılış mərasimi baş tutub. 
Bir sıra rəsmilərin, media nümayəndələrinin, eləcə də İttifaqa üzv təşkilatları təmsil edən könüllülərin iştirakı ilə baş tutan tədbirdə ölkəmizdə ilk dəfə keçiriləcək proqram haqqında ətraflı məlumat verilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev çıxış edərək qeyd edib ki, 3 ay müddətində davam edəcək proqram çərçivəsində könüllülərin fəaliyyətinin səmərəliliyinin artırılması, onların asudə vaxtının faydalı təşkili, öz ixtisaslarından əlavə müxtəlif peşə sahələri və istiqamətlər haqqında yeni biliklərə yiyələnməsi, dövlət strukturlarında iş prinsipinin mənimsənməsi, təşkilati idarəetmə, liderlik və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif mövzularda silsilə təlimlərin keçirilməsi nəzərdə tutulub.
Bildirilib ki, proqram "Psixoloji hazırlıq", "Fərdi inkişaf", "Karyera planlaması", "Layihələrin idarə olunması", "Kargüzarlıq", "Emosianal zəka",  "PR və SMM", "Könüllülük" və bu kimi mövzuları əhatə edəcək təlim və təcrübə modullarından ibarət olacaq. Bundan əlavə, könüllülər İttifaqın həyata keçirdiyi layihələrin idarə olunmasında birbaşa iştirak etmək imkanı əldə edəcəklər. Modulları uğurla başa vurub praktiki sessiyalarda yüksək nəticə göstərən könüllülərə xüsusi sertifikat və hədiyyələr təqdim olunacaq, eləcə də növbəti mərhələdə karyera inkişafı istiqamətində dəstək göstəriləcək.
Proqramda qeydiyyat, imtahan, videomüraciət və müsahibə daxil olmaqla dörd mərhələli seçim prosesindən uğurla keçmiş, müxtəlif təşkilatları təmsil edən 21-26 yaşlı, ən azı bir illik könüllülük təcrübəsinə sahib olan, motivasiyalı və bacarıqlı 30 Azərbaycan könüllüsünün iştirakı nəzərdə tutulub.
Proqrama müraciət etmək istəyən könüllülər link-ə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Azərbaycan Könüllülərinin İnkişaf Proqramına start verilir - FOTOAzərbaycan Könüllülərinin İnkişaf Proqramına start verilir - FOTOAzərbaycan Könüllülərinin İnkişaf Proqramına start verilir - FOTOAzərbaycan Könüllülərinin İnkişaf Proqramına start verilir - FOTOAzərbaycan Könüllülərinin İnkişaf Proqramına start verilir - FOTOAzərbaycan Könüllülərinin İnkişaf Proqramına start verilir - FOTO

Sosial       Tarix: 23 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"


son xeberler azerbaycan xeberleri yeni xeberler hava haqqinda son.xeber sonxəbərlər sonxəbər