"Azərbaycan mediasına gəlir, mənfəət və ƏDV üzrə güzəştlər tətbiq ediləcək" - RƏSMİ

Dövlət Vergi Xidməti tərəfindən Medianın İnkişafı Agentliyi (MEDİA) ilə birlikdə jurnalistlərə və media subyektlərinə vergi güzəştlərinin edilməsi ilə bağlı müəyyən təkliflər hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub.
KONKRET.az xəbər verir ki, bunu Report-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.
"Təbii ki, "Media haqqında" qanun qəbul olunmadan dəyişikliklərin tam dairəsinin elan olunması düzgün deyil, amma onu deyə bilərik ki, dəyişiklik istiqamətləri medianın məhz media ilə bağlı fəaliyyətdən əldə etdiyi gəlirlərə və mənfəətə müddətli güzəşt və azadolmaların verilməsi, media qurumları tərəfindən təqdim olunan məhsullar üzrə Əlavə Dəyər Vergisi (ƏDV) ilə bağlı vergi güzəştlərinin tətbiq olunması ilə bağlıdır", – S. Musayeva bildirib.
Onun sözlərinə görə, dövlətin mediaya yanaşması həmişə həssas olub:
"Dünyanın hər tərəfində mediaya münasibət həssasdır. Vətən müharibəsi dövründə də Azərbaycan mediasının rolu danılmazdır. Tək Dövlət Vergi Xidməti deyil, bütün aidiyyəti dövlət orqanları öz səlahiyyətləri daxilində medianın ölkədə inkişafının dəstəklənməsi ilə bağlı müvafiq tədbirlər görür.
"Media haqqında" qanun iki gün öncə qəbul olunub. Amma qanun qəbul olunana qədər də hökumət, aidiyyəti dövlət qurumları medianın problemlərinin öyrənilməsi, təhlil edilməsi, hansı formada dövlət dəstəyi tədbirləri həyata keçirilməsi ilə bağlı ciddi təhlillər aparırdı. İqtisadiyyat Nazirliyində də media nümayəndələri ilə görüşlər keçirilib, bu görüşlərdə onların təklifləri dinlənilib. Medianın maliyyə dayanıqlığını artırmaq, onların daha çox dövriyyə vəsaitlərindən səmərəli istifadəni təmin etmək, həmin vəsaitlərin medianın inkişafına yönəldilməsi üçün vergi təşviqlərinə də ehtiyac olduğu bildirilib.
Hazırda hökumət bu qanun layihəsini rəy bildirilməsi üçün Iqtisadiyyat Nazirliyi də daxil olmaqla aidiyyəti qurumlara göndərib. Bütövlükdə Dövlət Vergi Xidməti mediaya vergi güzəştlərinin təşviqlərinin verilməsini dəstəkləyir", – S. Musayeva vurğulayıb.

Sosial       Tarix: 11 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal bugun kriminal xeber son xəbərlər bugün 2026 kriminal