Azərbaycan məhsulları Berlində "Beynəlxalq Yaşıl Həftə" sərgisində təqdim olunur - FOTO
Yanvarın 17-də Almaniyanın paytaxtı Berlində 85-ci "Beynəlxalq Yaşıl Həftə" sərgisinin açılışı olub.
Kənd Təsərrüfatı Nazirliyindən Milli.Az-a verilən məlumata görə, miqyasına görə dünyanın ən iri kənd təsərrüfatı sərgilərindən biri sayılan bu tədbir tanınmış "Messe" zalında keçirilir. Sərgi ilk dəfə 94 il bundan əvvəl, 1926-cı ildə təşkil olunub. Azərbaycan bu sərgidə artıq 12-ci dəfədir təmsil olunur.
Azərbaycan şirkətləri sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə iştirak edir.
Sərginin Azərbaycan üçün ayrılmış hissəsi 98 kvadratmetrdir. Burada 11 iştirakçı şirkət tərəfindən ziyarətçilərə 180 növdən artıq məhsul təqdim olunur.
Bu il "Beynəlxalq Yaşıl Həftə" sərgisində dünyanın 70 ölkəsindən ümumilikdə 1500 şirkət iştirak edir.
Azərbaycan stendinin açılışında Almaniyada səfərdə olan Kənd Təsərrüfatı naziri İnam Kərimov, səfir Ramin Həsənov iştirak ediblər. Onlar Azərbaycan şirkətlərinin məhsulları ilə tanış olub, bir sıra görüşlər keçiriblər.
Milli.Az /news.milli.az

Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Məşhur aktyor 46 yaşında vəfat etdi
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı