Azərbaycan məktəblilərinin beynəlxalq olimpiadada növbəti uğuru

Azərbaycan məktəblilərinin beynəlxalq olimpiadada növbəti uğuruAzercell-in dəstəklədiyi şagirdlər informatika üzrə yüksək nəticələr nümayiş etdirməyə davam edirlər
Azərbaycanlı məktəblilər beynəlxalq bilik yarışmasında növbəti dəfə fərqlənməyi bacarıblar. Moskvada keçirilən VI Meqapolislər olimpiadasında ölkəmizi təmsil edən komanda 1 gümüş və 4 bürünc medal olmaqla, ümumilikdə 5 medal əldə edib. Azercell-in dəstəyilə hazırlığı həyata keçən Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin XI sinif şagirdi Səid Nəsibov informatika fənni üzrə bürünc medala layiq görülüb.
Rusiya paytaxtında təşkil edilən bilik yarışmasına dünyanın ən böyük şəhərlərindən 14-18 yaşlı şagirdlər qatılıblar. Ümumilikdə, olimpiadada 32 ölkədən 257 məktəbli bilik və bacarıqlarını sınayıb. Azərbaycanı riyaziyyat, fizika, kimya və informatika fənləri üzrə yarışan 8 iştirakçı təmsil edib. Sevindirici haldır ki, şagirdlərimiz hər fənn üzrə uğurlu nəticə nümayiş etdiriblər. Bakı məktəbliləri 5 medal qazanmaqla yanaşı, blits turda komanda olaraq üçüncü yerin mükafatçısı olublar.
Xatırladaq ki, beynəlxalq olimpiadalarda iştirak üçün informatika fənni üzrə milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı "Azercell Telekom" MMC-in dəstəyilə həyata keçirilir. AR Təhsil İnstitutu və "Azercell Telekom" MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, ölkənin hər yerindən istedadlı şagirdlər Azercell-in tərəfdaşlığı ilə təşkil olunan xüsusi mərkəzlərdə İnformatika fənni üzrə Beynəlxalq Olimpiadalara hazırlaşırlar. Azercell şirkəti indiyədək onlarla şagirdi hazırlıq prosesinə cəlb etməklə onların öz potensiallarını nümayiş
etdirməsinə imkan yaradıb. Hazırlıqdan keçən şagirdlərimiz dəfələrlə mötəbər bilik yarışlarında yüksək nəticələr əldə ediblər və demək olar, hər yarışdan medalla qayıdıblar. Azərbaycanlı məktəblilər bu müddətdə müxtəlif miqyaslı beynəlxalq olimpiada və müsabiqələrdə 1 qızıl, 7 gümüş və 19 bürünc olmaqla, ümumilikdə 27 medal əldə ediblər.
"Azercell Telekom" gənclər arasında İKT sahəsində təhsilə marağın və texnoloji savadlılığın artırılması istiqamətində həyata keçirdiyi sosial layihələri davam etdirir, Azərbaycan bayrağını yüksəklərdə dalğalandıran bütün tələbə və şagirdlərimizə uğurlar arzu edir!
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

İqtisadiyyat       Tarix: 18 dekabr 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxəbərlər xeberler azerbaycan bugun xeberler son xəbər