Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyünə namizədlər açıqlandı

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyünə namizədlər açıqlandıMilli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında 2 nəfərin Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinə üzvlüyü müzakirə olunacaq.
azxeber.com "Report"a istinadən xəbər verir ki, bunlar hazırda qurumun Baş direktoru olan Rəşad Temraz oğlu Orucov və sədrin müşaviri olan Əliyar Qəhrəman oğlu Məmmədyarovdur.
R.Orucov 1978-ci ildə Bakıda anadan olub, 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2000-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə magistr dərəcəsi ilə, fərqlənmə diplomu ilə bitirib.
R.Orucov əmək fəaliyyətinə 1998-ci ildə Səhmdar Kommersiya Aqrar Sənaye Bankında baş mütəxəssis vəzifəsində başlayıb, 2000-2004-cü illərdə AMB-nin Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentində baş iqtisadçı, 2004-2006-cı departamentin İT və ödəniş sistemlərinin fəaliyyətinə nəzarət şöbəsinin rəisi, 2006-2008-ci illərdə departamentin Xarici nəzarət şöbəsinin rəisi, 2008-2011-ci illərdə departamentin direktoru vəzifələrində çalışıb, 2011-ci ilin iyun ayında indiki vəzifəsinə təyin edilib. O, 2019-cu ilin sentyabr ayında Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə "Tərəqqi" medalı ilə təltif edilib. Ailəlidir, 2 övladı var.
Ə.Məmmədyarov isə 1977-ci ildə Bakıda anadan olub, 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu "İqtisadçı" ixtisası üzrə fərqlənmə diplomu ilə, 2008-ci ildə isə Böyük Britaniyanın Nottingem Universitetini MBA ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. O, 1999-cu ildən 2000-ci ilədək həqiqi hərbi xidmətdə olub.
Ə.Məmmədyarov 2001-2004-cü illərdə AMB-nin Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin 3 saylı nəzarət şöbəsində iqtisadçı, aparıcı iqtisadçı vəzifələrində işləyib, 2004-2006-cı illərdə departamentinin Xarici nəzarət şöbəsinin tərkibində olan Pulların yuyulmasına qarşı fəaliyyət qrupunun rəhbəri, 2006-2007-ci illərdə departamentinin Xarici nəzarət şöbəsinin rəisi, 2008-2016-cı illərdə departamentin direktor müavini və direktoru olub, 2016-cı ilin may ayından indiki vəzifəsinə təyin edilmişdir. O, 2017-ci ilin sentyabr ayından 2019-cu ilin aprel ayına qədər Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurasının sədri vəzifəsində də işləyib, 2012-ci ilin fevral ayında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.
Xatırladaq ki, İH-nin 3 üzvünün səlahiyyət müddəti bu ilin mart ayında başa çatıb. Alim Quliyev, Vadim Xubanov və Aftandil Babayev sonuncu dəfə 2017–ci ilin mart ayında parlamentin qərarı ilə 5 il müddətinə İH-nin üzvü seçiliblər.

İqtisadiyyat       Tarix: 29 may 2022
f Paylaş

Oxşar xəbərlər

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbər meherremlik 2026 iqtisadiyyat xeberleri bugun novruz bayramı