Azərbaycan Milli QHT Forumunun rəhbərliyində dəyişikliklər olacaq
Azərbaycan Milli QHT Forumunun rəhbərliyində dəyişikliklər olacaq.
Yaxın günlərdə Azərbaycan Milli QHT Forumunun qurultayı keçiriləcək.
Bu barədə KONKRET.az-a AMQF-nun prezidenti Rauf Zeyni məlumat verib.
O, bildirib ki, qurultayda nizamnaməyə dəyişikliklər ediləcək və "Azərbaycan Milli QHT Forumunun prezidenti" postu ləğv olunacaq. Foruma rəhbərliyi yeni formalaşdırılacaq İdarə Heyətinin sədri edəcək. Forumun 5 nəfərdən ibarət İdarə Heyəti olacaq. Rauf Zeyni Forumun İdarə Heyəti sədrliyinə namizədliyini irəli sürməyəcəyini qeyd edib.
O, əlavə edib ki, AMQF-də islahatlar planı çoxdan var idi və sevindirici haldır ki, prosesə artıq başlanılır. Rauf Zeyni bildirib ki, Azərbaycanda QHT-lərlə əlaqədar dövlət siyasəti uğurla aparılır, qonşu ölkələrdə baş verən hadisələr bir daha Azərbaycanda vaxtilə bu proseslərdə uzaqgörən, müdrik yanaşmaların nümayiş etdirildiyini və təkmil hüquqi tənzimlənmələrin aparıldığını sübut edir.
O, Azərbaycanda sağlam vətəndaş cəmiyyətinin mühüm tərkib hissəsi kimi son dövrlər QHT-lərin daha münbit şəraitdə fəaliyyəti üçün dövlət tərəfindən xeyli işlərin görüldüyünü, QHT nümayəndələrin COP29 Təşkilat Komitəsi kimi nüfuzlu heyətlərdə təmsil olunduğunu, ümumilikdə, QHT sektorunda islahatların genişləndirildiyini vurğulayıb və bu müsbət prosesi alqışladığını qeyd edib. Rauf Zeyni onu da əlavə edib ki, şəffaflıq, hesabatlılıq, ölçüləbilən nəticələr, effektiv menecment islahatların özəyini təşkil edir və yeni inkişaf mərhələsində bunlar əsas çağırışlar olaraq qalacaq.
Xidmetler [newsid: 0-123300]

Neft həftəni bu qiymətlə başladı
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz
Madrid debisində "Atletiko" "Real"a qalib gəlib
Xaçmazdan Bakıya gələn avtobusda yanğın baş verdi
Tramp: "ABŞ husilərlə daimi əlaqə saxlayır"
Göygöldə ər arvadını qətlə yetirib
Hakan Çalhanoğlunun gələcəyi bəlli olur
"Biz onda "Qarabağ"ı belə qəbul etməmişdik" - Tahir Gözəl
"Turan Tovuz" – "Fənərbağça" oyununun vaxtı açıqlandı
Salyanda kişini maşın vurdu - Yerindəcə öldü
Azərbaycan Pakistana başsağlığı verdi
Türkiyədə silahlı atışma: ölənlər var