DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz 

DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz İş yerində bir əməkdaşın olmaması və ya hansısa vəzifənin boş qalması bəzən onun işlərinin digər əməkdaşa həvalə edilməsi ilə nəticələnir.
Belə vəziyyətdə isə işçinin qarşısına sadə sual çıxır: öz işimdən əlavə başqa vəzifənin də işini görürəmsə, buna görə ayrıca pul almalıyam?
KONKRET.az Banker.az-a istinadən bildirir ki, Əmək Məcəlləsində bu məsələyə dair konkret qaydalar var. Qanun işçinin razılığı olmadan ona əlavə əmək funksiyasının verilməsinə imkan vermir və müəyyən hallarda əlavə ödəniş tələb edir.
Məcəlləyə əsasən, iş yerində olmayan əməkdaşın əmək funksiyasının başqa işçiyə həvalə edilməsinə tərəflərin razılığı ilə yol verilir. Belə halda əməkhaqqının ödənilməsi Əmək Məcəlləsinin 162-ci maddəsində nəzərdə tutulan qaydada həyata keçirilir.
Qanunun 61-ci maddəsinin 2-ci hissəsinə əsasən, işçi eyni vaxtda həm öz vəzifəsinin, həm də əvəz etdiyi vakant vəzifənin funksiyalarını yerinə yetirirsə, ona əlavə əməkhaqqı ödənilməlidir. Bu əlavə ödəniş vakant vəzifə üçün nəzərdə tutulmuş əməkhaqqının ən azı 50 faizi qədər olmalıdır. Məsələn, vakant vəzifənin maaşı 1000 manatdırsa və işçi həmin vəzifənin işini də öz vəzifəsi ilə yanaşı yerinə yetirirsə, ona bu işə görə ən azı 500 manat əlavə ödəniş nəzərdə tutulmalıdır.
Əmək Məcəlləsi vakant vəzifə üzrə əmək funksiyasının işçiyə 3 aydan çox olmayan müddətə həvalə edilməsinə imkan verir. 3 ay başa çatdıqdan sonra isə bir neçə variant mümkündür: işçinin razılığı ilə həmin vəzifəyə keçirilməsi, iki vəzifənin birləşdirilməsi və bununla bağlı yeni əmək müqaviləsinin bağlanması və ya vakant yerə yeni işçinin qəbul edilməsi.
Qanunda başqa bir hal da nəzərdə tutulur. Əgər vakant vəzifənin işi işçinin hazırkı vəzifəsi ilə eyni xarakter daşıyırsa, işçi öz vəzifəsində qalmaqla həmin vakant vəzifəyə də təyin edilə bilər. Bu halda da ona vakant vəzifə üzrə əməkhaqqının ən azı yarısı qədər əlavə ödəniş verilməlidir.
Beləliklə, Əmək Məcəlləsinin 61-ci maddəsi işçinin başqa əmək funksiyasını yerinə yetirməsi zamanı həm onun razılığını, həm də əlavə əməyinə görə əlavə ödənişi nəzərdə tutur.

Sosial       Tarix: 21 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. xəbər verir ki, Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixində imzaladığı Sərəncama əsasən, 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdər

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olara

Dollar zəifləyir, dünya iqtisadiyyatı dəyişir: Azərbaycan risk qarşısında

ABŞ dollarının qlobal valyuta bazarında mövqeyinin zəiflədilməsi ehtimalı dünya iqtisadiyyatında yeni müzakirələrə yol açıb. Xüsusilə Vaşinqtonun ixracı stimullaşdırmaq və ABŞ məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətin

Bakıda dörd avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi

Bakıda dörd müntəzəm avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirili

Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı

Bağça müəllimlərinin sertifikasiyası bu il noyabrda olacaq. . xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov İTV-nin "Pressinq" verilişində jurnalistlərin sualların

Gəncədə iki nəfər bıçaqlandı

Gəncədə iki kişi bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, iki nəfər orta yaşlı kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal onlara yardım edilib,vəziyyətlərini

2027-ci ildən fermerlərə böyük dəstək: Yeni subsidiya məbləğləri

2027-ci ildən kənd təsərrüfatı üzrə subsidiya siyasətində yeni mərhələ başlayır. Aqrar Subsidiya Şurasının təsdiqlədiyi yeni mexanizmlə dövlət dəstəyinin həm istiqamətləri, həm də əhatə dairəsi genişləndirilir. Daha məhsulda

Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru

20 min tamştatlı müəllim kontingenti yaradılacaq və onlar sertifikasiya imtahanından azad ediləcək. . xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov İTV-nin "Pressinq"

Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) əməkdaşlarının sağlamlığının mühafizəsi və tibbi təminatı Daxili İşlər Nazirliyinə (DİN) həvalə olunub. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qəra


yeni xeberler azerbaycan xeberleri son xeberler sou xeberler xabar az sonxabar son.xeberler