Qarabağ əməliyyatından Vaşinqton razılaşmasına gedən yol: Nələr dəyişdi? 

Qarabağ əməliyyatından Vaşinqton razılaşmasına gedən yol: Nələr dəyişdi? 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatı ölkənin dövlətçilik tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir.
Əməliyyat nəticəsində Azərbaycanın bütün ərazisində suverenliyinin təmin olunması regionda yeni siyasi reallıqların formalaşmasına səbəb oldu. Bundan sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və sülh gündəliyi daha konkret müstəviyə keçdi.
Bəs antiterror əməliyyatı sülh prosesinin gedişinə necə təsir göstərdi və 2025-ci il avqustun 8-də Vaşinqtonda atılan addımın əsasını məhz həmin hadisələr təşkil etdimi?
Mövzu ilə bağlı politoloq Aydın Tağıyev KONKRET.az-a açıqlamasında bildirib ki, 2023-cü il sentyabrın 19-da keçirilən antiterror əməliyyatı Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olub.
Qarabağ əməliyyatından Vaşinqton razılaşmasına gedən yol: Nələr dəyişdi? Politoloqun sözlərinə görə, əməliyyat nəticəsində ölkənin ərazi bütövlüyü tam bərpa edilib və Azərbaycanın suverenliyi bütün ərazilərində təmin olunub:
"Əslində bu hadisə Azərbaycanın hərbi gücünü diplomatik üstünlüyə çevirməsinin parlaq nümunəsi idi. Əməliyyatla birlikdə Ermənistanın hərbi-siyasi manevr imkanları ciddi şəkildə məhdudlaşdı. Azərbaycan isə regionda əsas söz sahibi mövqeyini möhkəmləndirdi. Antiterror əməliyyatı Cənubi Qafqazda mövcud güc balansına da təsirsiz ötüşmədi. Hadisələrdən sonra regionda yeni siyasi reallıqlar formalaşıb və tərəflərin danışıqlardakı mövqelərində ciddi dəyişiklik yaranıb. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması sülh danışıqlarının real müstəviyə keçməsi üçün mühüm zəmin yaradıb. Ərazi bütövlüyünün tam təmin olunması sülh danışıqlarının real formada başlanması üçün legitim əsasa çevrildi. Münaqişənin köklü həlli yalnız güc balansının dəyişməsi ilə mümkün idi".
Politoloqun sözlərinə görə, bundan sonra Azərbaycanın danışıqlar masasında mövqeyi daha da güclənib və sülh prosesinin beynəlxalq müstəvidə irəliləməsi üçün yeni imkanlar yaranıb:
"2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşma da bu prosesin mühüm mərhələlərindən biri kimi qiymətləndirilə bilər. ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə keçirilən görüşdə sülh sənədinin paraflanması Azərbaycan-Ermənistan münasibətlərinin hüquqi çərçivəyə salınması istiqamətində mühüm addım olub. Bu görüş Qərbin Cənubi Qafqazda təsirini artırdı və sülh prosesini beynəlxalq müstəvidə möhkəmləndirdi".
Politoloq hesab edir ki, 2023-cü ilin sentyabrında baş verən hadisələrlə 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşma arasında siyasi baxımdan əlaqə var. Onun fikrincə, Azərbaycanın hərbi üstünlüyünün sonrakı mərhələdə diplomatik nəticələrə çevrilməsi sülh prosesinin istiqamətinə ciddi təsir göstərib.
"2023-cü il sentyabrın 19-da keçirilən əməliyyat Azərbaycanın hərbi qələbəsini diplomatik üstünlüyə çevirdi. Əgər bu əməliyyat həyata keçirilməsəydi, Ermənistan sülh danışıqlarına real şəkildə oturmazdı. Vaşinqtonda paraflanan müqavilə isə göstərdi ki, yalnız güc və diplomatiyanın sintezi bölgədə praktiki sülh mərhələsinə yol açır. Beləliklə, 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyinin bütün ərazidə təmin olunması regiondakı siyasi proseslərin istiqamətini dəyişdirən əsas hadisələrdən biri olub. Sonrakı dövrdə diplomatik müstəvidə aparılan danışıqlar və 2025-ci il avqustun 8-də Vaşinqtonda atılan addımlar isə Azərbaycan-Ermənistan münasibətlərində münaqişədən sonrakı mərhələnin formalaşdığını göstərib".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 19 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

"Gəncəsər və Xudavəng kimi abidələr...' - Deputat

"Tarixi saxtalaşdırmağın ən təhlükəli forması tarixi yenidən yazmaq deyil, onun daş yaddaşına müdaxilə etməkdir. Qarabağdakı xristian dini-mədəni irsi ətrafında illər boyu aparılan mübahisələr də göstərir ki, məsəl

Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan "Tramp marşrutu"nun iki giriş və iki çıxışının Azərbaycanda olacağını bildirib. O, TRIPP-ın Azərbaycan sərhədindən başlayıb Azərbaycanın sərhədində bitəcəyini söyləyib. "Saziş

Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik

Azərbaycan çox nadir müsəlman ölkələrindəndir ki, Avropa təşkilatlarında iştirak edir. Ona görə biz bilirik orada nələr baş verir. Bu fikirləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşünd

Ermənistan Qərbi Azərbaycanda xalqımızın tarixi irsini məhv edib

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistanın revanşist dairələrində verilən reaksiyalar qəbuledilməz və təəssüf doğurucudur. Ermənistan cəmiyyətind

Zelenskidən Kremlə TƏKLİF: Siyahını masaya qoyun

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, enerji sazişi çərçivəsində Rusiya Ukrayna ordusunun zərbə endirməyəcəyi obyektlərin siyahısını "masaya qoymalıdır". xəbər verir ki, "CBS News"a müsahib

XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibinin 17 sentyabr tarixli açıqlamasında Azərbaycana səyahət xəbərdarlığını "özbaşına saxlanılma və ədalətsiz məhkəmə araşdırması riski" iddiaları ilə əsaslandırmağ

Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin indiki məqamda müharibənin bitməsinə qərar verməsinin rus ordusunda mübahisə doğuracağını bildirib. "Putin əsgərlərin qəzəbli şəkildə geri qayıdı

Türkiyə generalları Naxçıvanın məşhur kəndinə niyə gedib? – Ankaradan əmr verilib, xüsusi rabitə qurulub – FOTO

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) zabiti Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaq davam edir. Onun Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəylə birgə fotosu sosial şəbəkələrin Azərbaycan və Türkiyə seqmentind

Alen Simonyan Moskvadan soruşdu: "Baza mövzusunu kim qaldırıb?"

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib ki, Gümrüdəki Rusiya 102-ci hərbi bazasının mövzusunu İrəvan qaldırmayıb. Ermənistan KİV-inə istinadən xəbər verir ki, jurnalistlərə açıqlamasında Simonyan bildiri


son xeberler azerbaycan xeberleri yeni xeberler son xəbərlər bugünki xəbərlər sonxeber.az ən son xəbər