Tramp: "ABŞ husilərlə daimi əlaqə saxlayır"

Tramp: ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Yəmənin üsyançı "Ənsar Allah" husi hərəkatı ilə daimi əlaqə saxladığını bildirib.
KONKRET.az"Fox News" telekanalına istinadən xəbər verir ki, bu barədə telekanalın efirində jurnalist Trey Yanqst məlumat verib.
"Prezident bildirdi ki, ABŞ husilərlə daimi əlaqə saxlayır və onlar ABŞ-yə qarşı hərbi əməliyyatlar aparmamağa razılaşıblar", – deyə Yanqst qeyd edib.
Qeyd edək ki, sentyabrın 19-da Yaxın Şərqin bir neçə ölkəsindəki ABŞ səfirlikləri regionda gərgin vəziyyət səbəbindən amerikalılara sayıqlığı qorumaqla bağlı növbəti dəfə xəbərdarlıq ediblər. ABŞ-nin İordaniya, İsrail, İraq, Qətər, Bəhreyn, Səudiyyə Ərəbistanı, Oman, Birləşmiş Ərəb Əmirlikləri və Livandakı diplomatik nümayəndəlikləri Yaxın Şərqdə gərginlik səbəbindən təhlükəsizlik vəziyyətinin mürəkkəb olaraq qaldığını və gözlənilməz eskalasiya ehtimalının olduğunu bildiriblər.
Həmin gün Tramp Merilend ştatındakı Kemp-Devid iqamətgahını planlaşdırıldığından bir gün əvvəl tərk edib. ABŞ mediası prezidentin vaxtından əvvəl qayıtmasına Yaxın Şərqdə baş verən hadisələrin səbəb ola biləcəyini ehtimal edib. Belə ki, "The Hill" Trampın Vaşinqtona planlaşdırılmamış qayıdışını Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemlərinin qarşısını aldığı husilərin Ər-Riyada zərbəsi ilə əlaqələndirib.

Siyasi       Tarix: 21 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa

Türk Dövlətləri Təşkilatının (TDT) təhlükəsizlik gündəliyinin son illərdə sürətlə genişlənməsi artıq ayrı-ayrı görüşlərin və siyasi bəyanatların çərçivəsindən çıxaraq, təşkilatın gələcək institusional inkişafının əsas istiqamətlərində

Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Pakistan Xarici İşlər Nazirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi bu barədə X-da paylaşım edib. "Azərbaycan Respublikasının Hökumətin

Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür

Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

Ermənistan Qərbi Azərbaycanda xalqımızın tarixi irsini məhv edib

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistanın revanşist dairələrində verilən reaksiyalar qəbuledilməz və təəssüf doğurucudur. Ermənistan cəmiyyətind

İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

İsrail Səfirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. İsrailin Azərbaycandakı səfirliyi bu barədə X-da paylaşım edib. "Arzu edirik ki, bu mühüm milli bayram Azərbaycan xalqına davaml

Gürcüstan Azərbaycana yeni səfir təyin etdi

Giorgi Zakaraşvili Gürcüstanın Azərbaycandakı yeni səfiri təyin olunub. Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib. Giorgi Zakaraşvili 2021-ci ildən Gürcüstanın Ukraynadakı səfiri və GUAM-dakı daimi nümayəndəs

"Gəncəsər və Xudavəng kimi abidələr...' - Deputat

"Tarixi saxtalaşdırmağın ən təhlükəli forması tarixi yenidən yazmaq deyil, onun daş yaddaşına müdaxilə etməkdir. Qarabağdakı xristian dini-mədəni irsi ətrafında illər boyu aparılan mübahisələr də göstərir ki, məsəl

Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq

Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, – problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, – arxada qoymuşuq. Bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzr

1990-cı illərdən 2023-ə: Qarabağda suverenliyin bərpasına gedən yol – TƏHLİL

1990-cı illərin əvvəllərindən etibarən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti nəticəsində ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsi işğal olunub, yüz minlərlə Azərbaycan vətəndaş


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler azerbaycan cəbhədən şad xəbər cəbhədən son xəbərlər xeberler bu gun