"Azərbaycan Minsk qrupunun hazırkı yanaşmasını qəbul etmir" - Fərid Şəfiyev
"Regionda ərazi bütövlüyünün qorunmasının dərk edilməsi əsas məsələlərdən biridir. Təəssüf ki, son günlər baş verən böhranda Avropanın Ukraynaya verdiyi dəstəyi Azərbaycan 2020-ci ildə özünün ərazi bütövlüyünü bərpa edəndə hiss etmədi".
KONKRET.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev ADA Universitetində keçirilən "Şərq Tərəfdaşlığında birlikdə daha güclüyük. Azərbaycan üçün faydaları?" mövzusunda seminarda deyib.
F. Şəfiyev bildirib ki, 30 il ərzində Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü, vətəndaşlarının fundamental hüquqları pozulub, torpaqları işğal edilib. İndi Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edib. Bundan sonra Avropada ATƏT-in Minsk qrupunun fəaliyyətinin canlandırılmasına təşəbbüslərin göstərilməsi, yaxud keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təklif edilmiş Madrid prinsipləri haqqında hansısa fikirlərin səsləndirilməsi qəbuledilməzdir. Azərbaycan Minsk qrupunun hazırkı yanaşmasını qəbul etmir. Biz Minsk qrupunun üzvlərinin yeni təkliflərlə çıxış etməsinin tərəfdarıyıq. Bu tələblər Cənubi Qafqazda sülhə və birgəyaşayışa xidmət etməlidir.
"Ümidvarıq ki, Avropa İttifaqı ölkəmizin ərazi bütövlüyü ilə bağlı Azərbaycana birmənalı dəstək göstərəcək. Eyni zamanda, ərazi bütövlüyü prinsipi qorunmaqla Azərbaycanla Ermənistan arasındakı mövcud problemlərin həllinə dəstək verəcək. Bu cür yanaşma Cənubi Qafqazda sülhə və regional inkişafa töhfə verəcəkdir. Bu məqsədlə də Avropa İttifaqı dayanıqlı inkişaf hədəfi üzərində daha humanitar layihələr üzərində işləyəcək", – F.Şəfiyev qeyd edib.

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR