"Azərbaycan növbəti yaşayış məntəqələrini geri qaytara bilər" - Moskvadan müharibə ANONSU
"Ermənistan müxalifəti Paşinyandan cəlbedici deyil".
KONKRET.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.
O bildirib ki, Paşinyan bu dəfə də səhv buraxsa, Azərbaycan Ordusu yenidən onun cavabını verəcək:
"Ermənistan müxalifətinin xalqa təklifləri ki var, həmin təklifləri necə həyata keçirmək məsələsi ortaya çıxır. Bu gün Paşinyan da Qarabağ ermənilərinin taleyinə biganə deyil, Ermənistan müxalifəti də onlara biganə olmadığını bildirir. Ermənistan müxalifəti deyir ki, Qarabağ ermənilərinin müstəqilliyini təmin edəcək və yaxud da Qarabağın tam olaraq Azərbaycan tərəfindən nəzarətə götürülməsinin qarşısını alacaq. Əslində bax, bu edilən bəyanatlar xalq tərəfindən etibarsızlıqla qarşılanır.
Məgər bu gün Paşinyan gedib, başqası gəlsə, Putinin həmin dövlətə münasibəti dəyişəcək, yoxsa Putinin Azərbaycana münasibəti dəyişəcək, yoxsa Avropanın həmin dövlətə münasibəti dəyişəcək, yoxsa məğlub olmuş erməni ordusumu dirçələcək, yoxsa Azərbaycan ordusumu zəifləyəcək?! Yəni növbəti yerdəyişmə Ermənistana nə verə bilər ki, xalq ayağa dursun, həmin mitinqlərə dəstək versin, Ermənistan hakimiyyətinin devrilməsinə çalışsın?!
Kimin gəlib-getməsindən asılı olmayaraq dünyadakı vəziyyət Ermənistanın xeyrinə deyil. Rusiya bu gün Ermənistan əvəzinə Azərbaycanla münasibətlərini korlayası deyil. Nə dəyişə bilər ki, bu gün bir təhlükə yaransın?! Sadəcə Paşinyan bu daxildəki təzyiqləri nəzərə alıb, öz ritorikasında sərt görünə bilər. Ancaq bu, bizdə bir bədgümanlıq yaratmamalıdır. Çünki Ermənistanın Azərbaycanın qarşısında sözdən başqa deyəcəyi bir şey yoxdur. Azərbaycana problem yarada bilər, ancaq o problemlərin hamısının Azərbaycan tərəfindən qarşısı alınacaq. Yəni bu gün Ermənistana artıq bildirilib ki, bu yol xəritəsindən kənara çıxdığı halda Azərbaycan Ermənistanın ərazi bütövlüyünü, sərhədlərini tanımayacaq. Yəni biz Ermənistan ərazisində Azərbaycan ordusunun dislokasiya məntəqələri ilə bağlı müəyyən yerdəyişmələri onlara hiss etdirə bilərik.
Bu baxımdan düşünürəm ki, Paşinyan etdiyi bəyanatları həyata keçirəcək. Burada ancaq ritorikanın sərtləşməsini görə bilərik. Amma biz bilməliyik ki, bu, daxili auditoriya üçündür.
Hesab edirəm ki, vəziyyət elə həddə gəlib çata bilər ki, hansısa mərhələdə Paşinyan manevr etməyə çalışsın və yaxud da ki, yeni bir səhv buraxsın. Çünki biləsiniz ki, Qarabağla bağlı ermənilərin "güzəşt" saydığı müəyyən məsələlərə artıq Paşinyan höküməti real addımlar atanda, bu, ölkə daxilindəki təzyiqi, təsiri, müxalifətin fəaliyyətini daha da artıracaq.
Yadınıza gəlirsə, müharibənin başlanma səbəblərindən biri də Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" deməsi oldu. Yəni bu, artıq dünyanı fakt qarşısında qoyur ki, danışıqlar prosesi dərin bir böhrana daxil olub. Yəni bu artıq bir dözülməz bəyanat idi. Paşinyan refleksiyaları ilə fərqlənən bir siyasətçi kimi yenə də sərt danışsa, düşünürəm ki, lokal da olsa Azərbaycan Ordusu onun cavabını verəcək. Bəli, mən bunu gözləyirəm. Və nəzərə alsaq ki, hərbi əməliyyatlar bir qayda olaraq yay aylarında baş verir, düşünürəm ki, Paşinyan bu yol xəritəsindən kənara çıxarsa, Azərbaycan ordusunun növbəti irəliləyişini və növbəti yüksəklikləri, ola bilsin, hansısa yaşayış məntəqələrini öz ərazimizə geri qaytarmaq faktı ilə qarşılaşa bilərik. Bu, istisna edilmir".

Naxçıvanda DƏHŞƏT: arvadını və baldızını bıçaqladı
İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat