Azərbaycan nümayəndə heyəti Bolqarıstanda keçirilən beynəlxalq konfransda iştirak etdi
Bolqarıstan Respublikasının G.S.Rakovski adına Hərbi Akademiyasının 110 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib.
Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Ölkəmizi bu konfransda Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Konfransın plenar iclasında general-leytenant H.Piriyev "İkinci Qarabağ müharibəsi yeni nəsil müharibə kimi" mövzusunda məruzə ilə çıxış edib, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
Bolqarıstanda keçirilən beynəlxalq konfransda Azərbaycan ilə yanaşı, Polşa, İsveç, Şimali Makedoniya və Gürcüstandan olan 100-dən çox məruzəçinin də çıxışları dinlənilib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin G.S.Rakovski adına Hərbi Akademiyanın və V.Levski adına Milli Müdafiə Universitetinin rəhbərləri, eləcə də Veliko Tarnovo şəhərinin meri ilə görüşü keçirilib.

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq