Azərbaycan Ordusu Naxçıvanda komanda-qərargah təlimi keçirir
"Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı"na əsasən birləşmələrlə keçirilən komanda-qərargah təlimi davam edir.
Bu barədə Azxeber.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Komanda-qərargah təlimində müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilən Naxçıvan Qarnizonu Qoşunlarının aidiyyatı üzrə birləşmə və hissələrinin praktiki fəaliyyətlərə cəlb olunan bölmələri "Həyəcan" siqnalı ilə təlim rayonuna çıxarılıb.
Döyüşü idarəetmə mərkəzlərində qoşunların fəaliyyətinin əlaqələndirilməsi üzrə yaradılmış işçi qrupların müasir texniki vasitələr üzərindən məlumat mübadiləsini aparmaq bacarıqları yoxlanılır.
Təlimdə müxtəlif qoşun növü birləşmələrinin qarşılıqlı fəaliyyətini təkmilləşdirmək, ayrı-ayrı tapşırıq yerinə yetirən taktiki və xüsusi qrupların fəaliyyətinin uzlaşmasına nail olmaq, komandirlərin yaranmış şəraitə uyğun olaraq qısa zamanda doğru qərar qəbul edib tabelikdə olanlara çatdırmasını təmin etmək əsas məqsədlər kimi qarşıya qoyulub.
Komanda-qərargah təlimi noyabrın 6-dək davam edəcək.
Turlar.az [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı