Azərbaycan Ordusu Naxçıvanda təlim keçdi 

Azərbaycan Ordusu Naxçıvanda təlim keçdi Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) komanda-qərargah təlimi keçirilib.
Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, komanda-qərargah təlimində bölmələr təlim rayonlarına çıxarılarkən onların manevr imkanları, komandirlərin və qərargahların yaranmış mürəkkəb əməliyyat şəraitində idarəetmə bacarıqları və qərargahların bölmələrin hərtərəfli təminatında fəaliyyətləri yoxlanılıb.
Açılmış səhra və stasionar döyüşü idarəetmə məntəqələrində yuxarı komandanlıqdan alınmış tapşırığa əsasən əməliyyatların planlanmasına başlanılaraq optimal qərarın qəbulu üçün hərbi qərar qəbuletmə prosesinə uyğun fəaliyyətlər icra olunub.
Təlimin ikinci mərhələsi ənənəvi olaraq qərargahlar tərəfindən qəbul edilən qərarların, komandirlərin bölmələri idarəetmə bacarıqlarının və atəş-dəstək vasitələrinin effektiv istifadəsini görmək məqsədilə Simulyasiya Mərkəzində kompüterlər üzərində oynanılması ilə keçirilib.
Komanda-qərargah təlimində praktiki fəaliyyətlərə cəlb olunan birləşmə, hissə və bölmələrin tapşırıqları dəqiqləşdirilib, təlim döyüş fəaliyyətlərinin gedişində xüsusi təyinatlı, tank, mexanikləşdirilmiş, rabitə və artilleriya bölmələrinin ümumqoşun birləşmələri ilə qarşılıqlı fəaliyyət üzrə sualların işlənilməsi yoxlanılıb.
Təlimə cəlb olunan Hava Hücumundan Müdafiə bölmələrinin döyüş növbətçiliyində olan kəşfiyyat və hədəfgöstərmə stansiyaları ilə hava məkanının fasiləsiz kəşfiyyatı aparılıb, məlumatlar təhlil olunaraq komanda və idarəetmə məntəqələrinə, həmçinin qarşılıqlı əlaqədə olan bölmələrə ötürülüb.
Döyüş heyətləri müxtəlif hündürlük diapazonlarında intensiv aktiv və passiv maneə şəraitində fəaliyyət göstərən şərti hava düşmənini məhv edərək hava məkanının təhlükəsizliyini təmin edib.
Təlimin gedişində raket və artilleriya birləşmə, hissə və bölmələri pilotsuz uçuş aparatlarından və qoşun kəşfiyyatı vasitələrinin məlumatlarından istifadə etməklə şərti düşməni aşkar edərək sərrast və dəqiq atışlarla məhv ediblər.
Xüsusi təyinatlılar şərti düşmənin dərinliyində, çətin keçidli dağ və meşəlik ərazilərdə müxtəlif kəşfiyyat tapşırıqları yerinə yetirib. Artilleriya bölmələrinin atəşindən yararlanan xüsusi təyinatlılar şərti düşmənin vacib obyektlərini basqın fəaliyyətləri icra edərək ələ keçirib.
Komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının, qərargahların qarşılıqlı fəaliyyətinin, eləcə də onların mürəkkəb şəraitlərdə döyüş tapşırıqlarını idarəetmə qabiliyyətlərinin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən təlimin yekununda qarşıya qoyulmuş məqsədlərə nail olunduğu vurğulanıb.

Siyasi       Tarix: 31 may 2024
f Paylaş

Oxşar xəbərlər

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bugun cəbhədən son durum son xəbərlər azərbaycanda cəbhədən son xəbərlər