Azərbaycan-Özbəkistan əməkdaşlığı Türk dünyasına əhəmiyyətli töhfələr verəcək

Azərbaycan-Özbəkistan əməkdaşlığı Türk dünyasına əhəmiyyətli töhfələr verəcəkBütün dövlətlər və xalqlarla sülh, dostluq şəraitində yaşamaq niyyətini dəfələrlə bəyan edən ölkəmiz ən mötəbər beynəlxalq təşkilatlarda təmsil olunaraq qarşılıqlı əlaqələrin genişləndirilməsi və bu münasibətlərin çoxşaxəli əməkdaşlığa çevrilməsi istiqamətində fəal iş aparır, dünyada və regionda sülhün, təhlükəsizliyin qorunmasına və möhkəmlənməsinə layiqli töhfələr verir. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı enerji və nəqliyyat layihələri regiondakı digər dövlətlərin də inkişafına, xalqların rifahına xidmət edir. Məhz bu amillər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir. Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr genişlənir.
İki ölkə arasında diplomatik münasibətlərin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və Özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. 
Azərbaycanla Özbəkistanın dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub.1996-cı ildə Azərbaycanın Özbəkistanda, 1998-ci ildə isə Özbəkistanın Bakıda səfirliklərinin fəaliyyətə başlaması ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsinə əlavə töhfə oldu.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Özbəkistan ilə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişafına xüsusi diqqət yetirir. Dövlətimizin başçısının 2004-cü il martın 23-24-də Özbəkistana dövlət səfəri zamanı "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə" imzalanıb. Strateji tərəfdaşlıq münasibətlərinin əsasını qoyan həmin sənəddə tərəflərin keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verdikləri ifadə olunub. Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Belə ki, Özbəkistan 2008-ci il martın 14-də BMT Baş Assambleyasında səsverməyə çıxarılmış "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub.
İşğaldan azad olunmuş ərazilərdə Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərinə qardaş ölkənin töhfə və dəstəyinin daha bir göstəricisi Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan azad olunmuş Füzulidə inşa olunmuş 960 şagird yerlik məktəb binasının inşa olunmasıdır. 
Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 2022-ci il Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı baxımından xüsusilə məhsuldar olub. Məhz həmin il dövlətimizin başçısının Özbəkistana üç dəfə səfər etməsi Azərbaycan Prezidentinin qardaş ölkə ilə əməkdaşlığın inkişafına böyük önəm verməsinin göstəricisidir. Ötən il iyunun 21-22-də Özbəkistana dövlət səfəri həyata keçirən Azərbaycan Prezidenti sentyabrın 15-16-da Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilmiş Sammitində fəxri qonaq qismində iştirak edib. Həmçinin Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-11-də Özbəkistanda səfərdə olub. Dövlətimizin başçısının bütün bu səfərləri zamanı əldə edilmiş razılaşmalar Mərkəzi Asiyanın aparıcı ölkələrindən olan Özbəkistanla əlaqələrimizin yeni mərhələdə əsas konturlarını müəyyənləşdirib.
Mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən Azərbaycan və Özbəkistan bu sahədə də fəal əməkdaşlıq həyata keçirir. Möhtərəm Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verəcək. Prezident cənab İlham Əliyevin ötən ilin iyununda Özbəkistana dövlət səfəri zamanı imzalanan "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş" bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin avqustun 22-də Azərbaycana səfəri qardaş ölkələrimiz arasında münasibətlərin tarixində yeni səhifəsi olaraq tarixə düşdü. Bu səfər çərçivəsində bir sıra mühüm sənədlərin imzalanması eyni soy-kökə və böyük tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələrinin bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilməsinə təkan verəcək. 
Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir.
Naftalan şəhər sakini: Faiqə Ağayeva / azxeber.com

Siyasi       Tarix: 24 avqust 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan və İrlandiya diplomatik münasibətlərin 30 illiyini qeyd edir

Azərbaycan və İrlandiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur.  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində paylaşım edib. "Bu gün Azərbayca

"Azərbaycanı vurardıq" bəyanatına Bakıdan cavab: "İranda yaxşı bilirlər ki…"

İran parlamentinin deputatı Kamran Qəzənfərinin Azərbaycanın ünvanına növbəti dəfə səsləndirdiyi ittihamlar iki ölkə arasında münasibətlərlə bağlı müzakirələri yenidən gündəmə gətirib. Deputat bu dəfə İranın müharibə zaman

Qoşunlar üz-üzə: vəziyyət gərginləşir – Fəlakət ssenarisi təkrarlana bilər

ABŞ və İran arasında davam edən gərginlik son hadisələr fonunda yeni mərhələyə qədəm qoyub. Tərəflər arasında açıq müharibə olmasa da, tam sülhdən də danışmaq mümkün deyil. Diplomatik bəyanatlar, qarşılıqlı təhdidlər və regiond

Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Müdafiə Nazirliyinin hərbi qulluqçuları və mülki işçiləri təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliye

Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olan Fransa Prezidentinin kontinental Avropa üzrə diplomatik müşaviri Bertrand Buxvalterl

Prezident İlham Əliyev Anlaşma Memorandumunu təsdiqlədi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Esvatini Krallığının İnformasiya, Kommunikasiyalar və Texnologiya Nazirliyi arasında dövlət xidmətlərini

Nazir: 'Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib

Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib. xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev "Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı"nd

İlham Əliyev Delsi Rodrigesə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsini icra edən xanım Delsi Rodrigesə başsağlığı verib. məktubun mətnini təqdim edir:. "Venesuelada baş vermiş güclü zəlzələ nəticəsind

Azərbaycan–Aİ tərəfdaşlığı yeni üfüqlərə doğru irəliləyir - Hikmət Hacıyev

Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin fotosunu paylaşıb. xəbə


yeni xeberler son xeberler azerbaycan xeberleri bu gunun xeberleri haqqinda melumat xəbər az son.xeberler siyaseti xeberler bugun