"Azərbaycan-Pakistan əlaqələrinin bugünkü yüksək səviyyəsi məmnunluq doğurur" - Prezident
Dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Pakistan əlaqələrinin bugünkü yüksək səviyyəsi məmnunluq doğurur. Ölkələrimiz arasında çoxsaylı qarşılıqlı səfərlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar əməkdaşlığımızın inkişafında mühüm rol oynayır. Biz ortaq mənəvi dəyərlərimizdən və xalqlarımızın iradəsindən güc alan bu birliyimizi daha da möhkəmləndirmək əzmindəyik.
KONKRET.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Arif Alviyə Pakistan Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.
Məktubda qeyd olunub: "Keçən il Aşqabadda Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü, apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram. Əminəm ki, dövlətlərarası münasibətlərimizin və strateji tərəfdaşlığımızın genişləndirilməsi sahəsində atdığımız addımlar, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir".

Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
Prezident polşalı həmkarına məktub göndərdi
Marsol Group və İCMA üzvləri Zəfər abidəsini ziyarət etdilər - FOTOLAR
Azərbaycan və daha 3 ölkə təmiz enerji sazişi imzaladı
Kredit götürənlərə faiz güzəşti ediləcək? – Ekspertdən AÇIQLAMA
İllik 26 milyon avro maaşdan imtina edir
Arsen Venger FIFA prezidenti ola bilər
Bazarlarda göbələk təhlükəsi: Bu əlamətləri görsəniz, almayın
Lora Lumer qalmaqalı: Trampın yaxın tərəfdaşı siyasi paylaşımlara görə on minlərlə dollar alıb
Qrip niyə həftələrlə sağalmır? – Həkim səbəbləri açıqladı
İzmirdə fabrikdə güclü partlayış: ölənlər var
Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir