Azərbaycan Premyer Liqası: "Qarabağ" "Zirə"yə, son çempion "Qəbələ"yə qarşı
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulacaq.
Publika.az xəbər verir ki, son oyun günündə də iki qarşılaşma keçiriləcək.
Günün ilk matçı Zirədə yerli komanda ilə ötən mövsümün gümüş mükafatçısı "Qarabağ" arasında olacaq. Görüş saat 18:00-da start götürəcək. İki kollektiv ölkə çempionatında 23 dəfə üz-üzə gəlib. Bu oyunların 16-sı "köhlən atlar"ın xeyrinə başa çatıb. "Qartallar" isə indiyədək qələbə qazana bilməyib. 7 qarşılaşma heç-heçə başa çatıb. Qolların nisbətində də Ağdam klubunun aşkar üstünlüyü var - 49-11. "Qarabağ" son üç səfər oyununda top buraxmayıb.
Tura son çempion "Neftçi"nin oyunu ilə yekun vurulacaq. "Ağ-qaralar" "Bakcell Arena"da "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirəcək. Matçın start fiti saat 20:00-da veriləcək. Bu, komandaların Premyer Liqada 52-ci görüşü olacaq. Əvvəlki 51 oyunun 24-də paytaxt klubu, 16-da əyalət təmsilçisi qalib gəlib. 11 oyunda isə bərabərlik qeydə alınıb. Flaqmanın vurduğu 75 qola, "qırmızı-qaralar" 62 topla cavab veriblər. "Qəbələ" son 9 matçda qalib gələ bilməyib. "Neftçi" 16 oyunda meydanı qolsuz tərk etməyib.
Azərbaycan Premyer Liqası
I tur
15 avqust (bazar)
18:00. "Zirə" – "Qarabağ"
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rauf Allahverdiyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
Zirə İdman Kompleksinin stadionu.
20:00. "Neftçi" –" Qəbələ"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cəmil Quliyev, Əliyar Ağayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Seymur Səlimli
"Bakcell Arena".
Qeyd edək ki, turun ilk oyun günündə "Sabah" "Səbail"i, "Keşlə" "Sumqayıt"ı qəbul edib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı