Azərbaycan Prezidenti: "Heydər Əliyev tarixdə dərin iz buraxmış görkəmli şəxsiyyətdir
"Qırğızıstan Prezidentinin vurğuladığı kimi, Heydər Əliyev tarixdə dərin iz buraxmış görkəmli şəxsiyyətdir. O, iş yerindən və ictimai-siyasi quruluş formasından asılı olmayaraq, həmişə Azərbaycanın maraqlarını müdafiə edib".
azxeber.com AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılış mərasimində söyləyib.
Dövlətimizin başçısı qeyd edib ki, Heydər Əliyev sovet dövründə Azərbaycanın rəhbəri olarkən respublikanı keçmiş SSRİ-də sosial-iqtisadi inkişaf göstəriciləri üzrə son yerlərdən qabaqcıllar sırasına çıxarmışdı. Eyni zamanda, istər SSRİ hökuməti sədrinin birinci müavini olduğu vaxtlarda, istərsə də xalqın onu gənc Azərbaycan Respublikasını iflasa uğramaqdan xilas etməyə çağıranda, ən çətin dövrdə Azərbaycan dövlətinə rəhbərlik edəndə ölkənin maraqlarını müdafiə edib.

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü